“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda dəfn və doğum müavinətləri artırılır - Yeni məbləğlər

Tarix 04.11.26, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


2027-ci ildə Azərbaycanda dəfn, doğum və uşağa qulluğa görə ödənilən müavinətlərin artırılması nəzərdə tutulur. Bu dəyişikliklər gələn ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

AzFakt.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, pensiyaçılar üçün dəfn pulunun orta məbləği 946 manatdan 1200 manata qaldırılacaq.

Sığortaolunan şəxslər üçün dəfn müavinətinin orta məbləğinin isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır.

Bundan başqa, uşağın anadan olmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata yüksəldilməsi təklif olunur. Beləliklə, bu ödəniş 900 manat artırılacaq.

Layihədə 3 yaşınadək uşağa qulluğa görə işləyən analara verilən aylıq müavinətin də artırılması nəzərdə tutulub. Hazırda 37 manat 58 qəpik olan bu ödənişin 100 manata çatdırılması planlaşdırılır.

Qeyd edək ki, sadalanan məbləğlər 2027-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan göstəricilərdir.



Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap