“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Rusiyanın mülki itkiləri rekord vurub - “Bu, Putini saxlamayacaq”

Tarix 11.08.26, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın Rusiya ərazisinə artan dron və raket hücumları səbəbindən Rusiyada mülki şəxslər arasında ölənlərin sayı sürətlə artır.

Bu barədə “The New York Times” məlumat verib.

Qəzetin məlumatına görə, Münaqişə Kəşfiyyat Qrupu (CITT) bu ilin ilk yeddi ayında Rusiyada işğal olunmuş ərazilərdən kənarda baş verən hava hücumları nəticəsində 327 nəfərin öldüyünü bildirib. Bu rəqəm ötən ilin eyni dövründə qeydə alınan rəqəmdən az qala 2.5 dəfə çoxdur. Belə ki, həmin vaxt 145 mülki şəxsin ölümü qeydə alınmışdı.

Həmçinin, həmin dövrdəki hücumlarda 2366 nəfər yaralanıb ki, bu da ötən illə müqayisədə iki dəfədən çoxdur.

Qeyd olunur ki, Ukrayna hücumlarının sürətlənmiş tempi Vladimir Putinin işğaldan bəri reytinqinin ən böyük miqyasda aşağı düşməsinə səbəb olub və illərlə davam edən müharibədən bezmiş ruslar arasında narazılığı artırıb. Lakin ekspertlər hesab edirlər ki, Rusiyada mülki şəxslərinin ölümünün artması Putinin münaqişəni davam etdirmək planlarını dəyişdirə bilməz.

Məqalədə deyilir: "Ukraynanın ölkə daxilindəki hücumları getdikcə daha çox rusu öldürsə də, Moskva daxilində heç kim ölməyib. Putin rusları psixoloji təhdidə qarşı durmağa çağırıb və iddia edir ki, bu, onların qətiyyətini itirməsinə yönəlib".

Eyni zamanda, analitiklər qeyd edirlər ki, müharibədə ruslardan daha çox Ukrayna mülki vətəndaşı ölüb. Son aylarda Moskvanın rekord həddə ballistik raketlərdən və genişmiqyaslı dron hücumlarından istifadə etməsi səbəbindən Ukrayna mülki şəxslərinin itkilərinin sayı durmadan artıb.

Münaqişə Kəşfiyyat Qrupunun məlumatına görə, bu ilin ilk yeddi ayında Ukraynada 1695 mülki şəxs həlak olub, daha 12515 nəfər yaralanıb.

Hava zərbələri nəticəsində bütünlükdə Ukrayna ərazisində mülki əhali arasında ölüm hallarının təxminən 70 faizi Ukraynanın nəzarətində olan ərazidə baş verib. Deməli, işğal altında olan torpaqlarda təxminən 500-ə yaxın dinc sakin həlak olub.



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap