“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb?

Tarix 09.08.26, 19:06

Font ölçüsü : - / +
bitmap-img6


Yeni tədris ilinin başlamasına sayılı həftələr qaldıqca Bakıda kirayə mənzil axtaranların sayı da artır. Xüsusilə, tələbələrin paytaxta axını hər il olduğu kimi, avqust-sentyabr aylarında kirayə bazarında canlanma yaradır.

Büdcəsinə uyğun ev tapmaq istəyənlər isə qiymətlərin nə qədər dəyişəcəyini və sentyabrda daha böyük artımın olub-olmayacağını düşünürlər.

Bəs hazırda Bakının kirayə mənzil bazarında vəziyyət necədir?

Əmlak eksperti Elnur Fərzəliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.

Ekspert bildirib ki, hər il avqustun sonundan sentyabrın sonunadək paytaxtın kirayə mənzil bazarında ciddi qiymət artımları müşahidə olunur:

"Həmin aylarda bölgələrdən paytaxta təhsil almaq üçün gələn minlərlə tələbə kirayə mənzil axtarışında olur. Bu da kirayə mənzillərə tələbatı əhəmiyyətli dərəcədə artırır".

Onun sözlərinə görə, hazırda daşınmaz əmlak bazarında baş verən qiymət artımları kirayə mənzil bazarına da öz təsirini göstərir:

"Mənzillərin satış qiymətlərinin artması onların kirayə qiymətlərinin də yüksəlməsinə gətirib çıxarır.

Digər tərəfdən, ali təhsil müəssisələrinin böyük bir hissəsinin paytaxtın Yasamal, Nərimanov və Nəsimi rayonlarında yerləşməsi həmin ərazilərdə kirayə mənzillərə tələbatı həddindən artıq artırır".

Ekspert qeyd edib ki, kirayə mənzillərin qiymətlərindəki artım tələbələri daha kiçik mənzillərdə və otaqlarda bir neçə nəfərlə birlikdə yaşamağa məcbur edir:

"Hazırda kirayə mənzillərin qiymətlərində ciddi artım müşahidə olunduğundan tələbələr məcburən daha kiçik mənzillərdə və otaqlarda bir neçə nəfərlə birlikdə yaşamağa üstünlük verirlər. Bu da onların təhsilinə mənfi təsir göstərir.

Digər tərəfdən, paytaxtın mərkəzə yaxın ərazilərində kirayə mənzillərin aylıq qiymətlərinin kəskin baha olması tələbələri Bakıətrafı ərazilərdə daha ucuz mənzillər kirayələməyə sövq edir. Bu isə onların gün ərzində bir neçə saatını yollarda itirməsinə və əlavə yol xərcləri ilə üzləşməsinə gətirib çıxarır".

Elnur Fərzəliyev hesab edir ki, tələbələrin yollarda keçirdikləri vaxt onların təhsilinə də mənfi təsir göstərir:

"Təbii ki, tələbələrin gün ərzində saatlarını yollarda itirməsi onların təhsilinə də ciddi şəkildə mənfi təsir göstərir.

Bir zamanlar bütün ali təhsil müəssisələrinin və peşə məktəblərinin yataqxanaları mövcud idi. Lakin zaman keçdikcə həmin yataqxanaların sıradan çıxması və qəzalı vəziyyətə düşməsi onların istifadəyə yararsız hala gəlməsinə səbəb olub.

Düşünürəm ki, bir zamanlar mövcud olan köhnə tələbə yataqxanaları sökülərək onların yerində daha müasir, çoxmərtəbəli və çoxotaqlı yataqxanalar inşa olunarsa, bu, tələbələrin mənzil probleminin həlli ilə yanaşı, onların vaxt itkisini və yol xərclərini də azalda bilər.

Tələbə yataqxanaları yenidən inşa olunaraq istifadəyə verilsə, bu, kirayə mənzil bazarında qiymətlərin enməsinə də gətirib çıxara bilər".



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap