“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycandan Türkiyəyə göndərilən cehizlik əşyaların ünvana verilmir - VİDEO

Tarix 11.08.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri, Binə qəsəbə sakini İradə Şalıyeva Türkiyəyə karqo şirkəti vasitəsilə göndərdiyi cehizlik əşyaların ünvana verilmədiyini iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, İradə Şalıyeva deyir ki, iyunun 10-da qızının cehizini Türkiyənin Konya şəhərinə göndərmək üçün hava limanı ərazisində fəaliyyət göstərən “ASG Kargo” şirkətinə müraciət edib. Sənədləşmə şirkətin əməkdaşlarının iştirakı ilə aparılıb və onu yükün problemsiz göndəriləcəyinə əmin ediblər.

İradə Şalıyeva deyir ki, 3 gün sonra yükün Konya şəhərinə çatdığı barədə məlumat alıb. Lakin ailəsi əşyaları təhvil almağa gedəndə onlara yükün verilməyəcəyi bildirilib.

Türkiyə tərəfi deyib ki, yükə dair faktura təqdim edilməyib. Bu zaman qadın yükün Azərbaycana geri qaytarılmasını istəsə də, bunun üçün təxminən 4 min manat pul tələb olunub.

Zərərçəkənin iddiasına görə, sonradan Türkiyə tərəfindən onlara yükün qablaşdırmasının açıldığı və əşyaların satışa hazırlanması barədə məlumat verilib.

Məsələ ilə bağlı “ASG Kargo”dan "Xəzər Xəbər"ə bildirildi ki, Türk Hava Yollarının aviaqaiməsi əsasında daşınan yükün göndərilməsi zamanı yükgöndərənin təqdim etdiyi məlumatlar əsasında aviaqaimə sənədləri üzrə gömrük və təhlükəsizlik prosedurları həyata keçirilib. Yükün təyinat məntəqəsində qəbul edilməsi və gömrük rəsmiləşdirilməsi ilə bağlı yaranmış çətinliklər daşınma mərhələsində aviadaşıyıcı ilə bağlı hər hansı məsələ ilə əlaqəli olmayıb. Məlum olduğu kimi, Azərbaycan da tərəfdar olduğu aviadaşımalarla bağlı beynəlxalq konvensiyaların müvafiq müddəalarının tələblərinə əsasən, yük haqqında məlumatların düzgün və tam təqdim edilməsi, habelə təyinat məntəqəsində yükün qəbul edilməsi və tələb olunan gömrük rəsmiləşdirilməsinin təmin edilməsi yükgöndərənin və müvafiq hallarda yükalanın məsuliyyət dairəsinə daxildir. Bu səbəbdən, təyinat məntəqəsində yükün buraxılması və təhvil alınması ilə bağlı yaranmış problemin yükgöndərənin özü və aviaqaimədə göstərdiyi yükalanın səlahiyyəti və məsuliyyəti dairəsinə aiddir.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap