“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Biləcəridə bina sakinlərinin hotel kabusu - “Gecələr rahatlığımız pozulub“ + VİDEO

Tarix 11.08.26, 9:30

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi "Kristal AA" MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub.

AzFakt.com Xəzər TV-yə istinadən bildirir ki, bir qrup sakin "Xəzər Xəbər"ə müraciət edərək idda ediblər ki, "Kristal AA" MTK-ya məxsus binada antisanitar vəziyyət yaranıb, səs- küydən gecələr mənzillərində rahat yaşaya bilmirlər. MTK isə onların bu vəziyyətinə biganə yanaşır.

Sakinlər deyirlər ki, bununla bağlı MTK rəhbərliyinə dəfələrlə müraciət etsələr də, onların narazılığına məhəl qoyulmayıb.

Sakinlərin iddialarına aydınlıq gətirmək məqsədi ilə əvvəlcə "Kristal AA" MTK rəhbərliyi ilə əlaqə saxlasaq da, sualımızı dinləyib dəstəyi asdılar.

Daha sonra eyni adlı hotelə müraciət etdik. Onlar da kameramızın obyektivindən yayındılar.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, qeyd olunan ərazidə hotel əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradılması ilə bağlı vətəndaşların polisə müraciəti əsasında araşdırma aparılıb və inzibati qaydada protocol tərtib olunub. Eyni hal təkrarlanacağı təqdirdə daha ciddi məsuliyyət tədbirləri görüləcək.

Sakinlər isə problemin tezliklə həll ediləcəyinə ümid edirlər.

Daha ətraflı videomaterialı təqdim edirik.



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap