“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia

Tarix 11.08.26, 9:14

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trampın ötən ay Türkiyəyə səfəri zamanı İrandan qaynaqlanan mümkün sui-qəsd təhdidinə görə Ankaranı gizli təhlükəsizlik əməliyyatı ilə tərk etdiyi iddia olunur.

AzFakt.com xəbər verir ki, ABŞ mətbuatının ABŞ rəsmisinə və əməliyyatın detalları ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev Trampın “Air Force One” təyyarəsi ilə Türkiyədən ayrıldığını bildirsə də, prezident, əslində, başqa hərbi təyyarəyə keçirilib.

“The Washington Post”un məlumatına görə, Tramp iyulun 7-8-də NATO sammitində iştirak etmək üçün Ankarada olub. Sammitdən sonra prezidentin televiziya kameralarının qarşısında “Air Force One” təyyarəsinə mindiyi görüntülənib. Lakin iddiaya görə, bundan bir neçə dəqiqə sonra Tramp gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha kiçik C-32A təyyarəsinə keçirilib.

Məlumata görə, prezidentin iki təyyarə arasında keçidi hava limanında istifadə olunan yemək xidməti avtomobili vasitəsilə həyata keçirilib.

Bu əməliyyatın məqsədinin Trampın real uçuşunu ictimaiyyətdən, jurnalistlərdən və hətta Ağ Ev əməkdaşlarının bir hissəsindən gizlətmək olduğu bildirilir.

Qeyd edilir ki, təhlükəsizlik tədbiri Vaşinqton və Tehran arasında danışıqların nəticəsiz qalmasından və ABŞ qüvvələrinin İrana qarşı hərbi əməliyyatları yenidən başlamasından sonrakı gecə həyata keçirilib.

İddiaya əsasən, Trampa qarşı mümkün sui-qəsd təhlükəsi NATO sammiti zamanı, onun Ankara şəhərində dünya liderləri ilə görüşdüyü vaxt müzakirə olunub.

Ağ Evin Kommunikasiya direktoru Stiven Çeunq Trampın təhlükəsizliyi üçün görülən tədbirləri müdafiə edib.

Çeunq bildirib ki, Qətərin ABŞ-yə hədiyyə etdiyi və hazırda prezident təyyarəsi kimi istifadə olunan təyyarə Trampın təhlükəsizliyini təmin etmək üçün “yüksək səviyyəli təhlükəsizlik protokolları” ilə təchiz olunub.

O, Trampın əvvəllər də ABŞ-nin çoxsaylı düşmənlərinin olduğunu söylədiyini xatırladaraq, prezidentə qarşı mümkün təhdidlərin qarşısını almaq üçün bütün mövcud imkanlardan istifadə etdiklərini vurğulayıb.

ABŞ mətbuatında yayılan məlumatlara görə, Türkiyədən gizli uçuşla ayrılma qərarı Trampın təhlükəsizliyi ilə bağlı əlavə tədbir olub. Ağ Ev isə bu addımın konkret olaraq hansı təhdidlə əlaqəli olduğunu açıqlamayıb.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap