“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Rusiya Gilmanın azad edilməsi müqabilində heç nə tələb etməyib“ - Tramp

Tarix 11.08.26, 22:57

Font ölçüsü : - / +
bitmap-img6


Amerika lideri Donald Tramp 2022-ci ildən bəri Rusiyada həbsdə olan ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş hərbçisi Robert Gilmanın azad edildiyini bildirib.

Bu barədə o "Truth Social"da məlumat yayıb.

"Qürurla bildirirəm ki, ABŞ vətəndaşı, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş hərbçisi Robert Gilman evə qayıdır! Mediada haqqında geniş yazılan Robert 2022-ci ildə, Bayden administrasiyası dövründə Rusiyada həbs edilib. Prezident Vladimir Putinlə danışıqlarımdan sonra Rusiya onu humanitar səbəblərdən azad etməyə razılaşıb. Biz bu qərarı, eləcə də Rusiyanın bunun müqabilində heç nə tələb etməməsi – mübadilənin olmaması faktını alqışlayırıq", - o yazıb.

Tramp bildirib ki, Gilman bu gün axşam Vaşinqtondakı Endryus aviabazasına gələcək və orada onu ABŞ administrasiyasının nümayəndələri qarşılayacaqlar.

O həmçinin qeyd edib ki, onun administrasiyası xaricdə saxlanılan amerikalıların geri qaytarılmasına prioritet diqqət yetirir və yüzlərlə ABŞ vətəndaşının öz ailələrinə qaytarılır.

Qeyd edək ki, Gilman 2022-ci ildə Suxumdan Moskvaya gedən qatarda baş verən münaqişədən sonra Rusiyada saxlanılıb. Daha sonra Voronej məhkəməsi polis əməkdaşına zorakılıq tətbiq etdiyinə görə onu azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Sonradan onun cəza müddəti qısaldılıb, lakin hüquq-mühafizə orqanlarının və Federal Cəza İcrası Xidmətinin əməkdaşlarına qarşı yeni hücumlardan sonra məhkəmə cəzanı yenidən sərtləşdirərək 10 il azadlıqdan məhrumetməyə qədər artırıb.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap