“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu ölkələrdəki səfirlər geri çağrıldı- Yeni təyinatlar edildi + DOSYELƏR

Tarix 10.08.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Polşa, İsveçrə, Niderland və Belçikadakı səfirləri vəzifələrindən geri çağırılıb, bəzi vəzifələrə isə yeni təyinatlar aparılıb.

AzFakt.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bir sıra sərəncamlar imzalayıb.


Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, Nərgiz Qurbanova 1975-ci ildən anadan olub. O, 1990–1994-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Beynəlxalq münasibətlər" ixtisası üzrə ali təhsil alıb. 1995–1997-ci illərdə həmin universitetdə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi alan Nərgiz Qurbanova, 1997–1999-cu illərdə Qərb Universitetində "Beynəlxalq menecment" ixtisası üzrə də magistr dərəcəsi alıb.

Nərgiz Qurbanova həm də Fransanın Nitsa Universitetində "Beynəlxalq hüquq" üzrə, İsveçin Yonçopinq Universitetində "Beynəlxalq biznes" üzrə təhsil alıb. 2014-cü ildə Avstriyanın Vyana Universitetində fəlsəfə üzrə doctor dərəcəsi alıb. İngilis, rus və fransız dillərində sərbəst danışır. Ailəlidir. Bir oğlu var.

Nərgiz Qurbanova 2001–2010-cu illərdə Xarici İşlər Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin 2004–2007-ci illərdə Azərbaycanın Avstriya səfirliyində, 2010–2013-cü illərdə isə Azərbaycanın ABŞ səfirliyində çalışıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli 1678 nömrəli Sərəncamına əsasən Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi] 5 il sonra isə o, İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edilb.

Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycanın Polşada Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilmişdi.


Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunan Fuad Eldar oğlu İsgəndərov eyni zamanda Azərbaycanın İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Fuad İsgəndərov 1961-ci il avqustun 6-da Bakıda anadan olub. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq İnstitutunu beynəlxalq iqtisadi münasibətlər və ingilis dili ixtisası üzrə bitirib.

Diplomatik fəaliyyətə başlamazdan əvvəl elmi-pedaqoji sahədə çalışan İsgəndərov müxtəlif illərdə Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Dövlət Universitetində fəaliyyət göstərib.

O, 1995-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində İnformasiya və Analiz İdarəsinin rəisi təyin edilib. 2002-2006-cı illərdə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışıb. Ehtiyatda olan polkivnikdir.

Daha sonra Xarici İşlər Nazirliyində səfir statusunda xüsusi tapşırıqlar üzrə fəaliyyət göstərib.

Fuad İsgəndərovun diplomatik karyerası 2007-ci ildən etibarən səfir vəzifələri ilə davam edib. Həmin il Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2012-ci ildən isə Azərbaycanın Belçikadakı səfiri olub. O, eyni zamanda Lüksemburqda səfir və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrini də icra edib.

2021-ci ildə Fuad İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Daha sonra onun diplomatik missiyasına Lixtenşteyn Knyazlığı da daxil olub.

Yeni təyinatla Fuad İsgəndərov Azərbaycanın Polşa Respublikasında diplomatik missiyasına rəhbərlik edəcək.

Fuad İsgəndərov Hərbi və dövlət qulluğunda xidmətlərə görə ən yüksək dövlət ordenləri, həmçinin Azərbaycanın və xarici ölkələrin çoxsaylı dövlət medalları ilə təltif edilib 

Rus, ingilis, türk  dillərində sərbəst danışır. Ailəlidir. Bir oğlu və bir qızı var


Prezident İlham Əliyev bir sıra sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eləcə də Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda (OPCW) daimi nümayəndəsi vəzifələrindən azad edilib. Prezidentin digər sərəncamı ilə o, Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Qeyd edək ki, Məmməd Əhmədzadə 1976-cı il oktyabrın 4-də Bakıda anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb. Daha sonra diplomatik xidmətə başlayıb və Azərbaycan Xarici İşlər Nazirliyinin müxtəlif strukturlarında çalışıb.

Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2010-cu il tarixli sərəncamı ilə Azərbaycanın Argentinada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Daha sonra Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 15 mart 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanın Paraqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Bir müddət sonra isə Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanın Boliviyada, Uruqvayda və Çilidə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

2016-cı il noyabrın 25-də isə Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin edildiyi bütün 5 dövlətdən geri çağırıldı.

Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın İtaliyada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Daha sonra Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 2 may 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Maltada və San-Marinoda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi (2016–2022).

2024-cü il dekabrın 20-də Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.  Əhmədzadə diplomatik fəaliyyəti dövründə Azərbaycan–Niderland münasibətləri, siyasi və iqtisadi əməkdaşlıq, həmçinin Azərbaycanın Avropadakı mövqeyinin təqdim olunması istiqamətində fəaliyyət göstərib. 2025-ci ildə Niderland mediasına müsahibəsində Azərbaycan–Niderland diplomatik münasibətlərinin 33 illiyindən danışıb və iki ölkə arasında iqtisadi, mədəni və təhsil əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıb.


Prezident İlham Əliyev bir sıra sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov isə Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

Qeyd edək ki, Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub.

1978-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirib.

1986 -cı ildən Filoloji elmlər namizədidir. Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olmuşdur. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişdir. 1986-cı ildən filologiya elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin İngilis dili fakültəsində baş müəllim vəzifəsində çalışmışdır.

1992-ci ilin əvvəlində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İ..darəsinin 1-ci katibi vəzifəsinə təyin olunmuş, 1993-1995-ci illərdə XİN-in Hərbi-Siyasi Məsələlər Üzrə Şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1995-2004-cü illərdə V.Sadıqov Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olmuşdur. 1998-2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olmuşdur. 2004-2010-cu illərdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışmış, 2010-2016-cı illərdə Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri olmuşdur. 2016-cı ildən Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndədir.

Xarici dillərdən ingilis, rus, fransız, alman dillərini bilir.



Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap