“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə - Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri...

Tarix 10.08.26, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Son illər Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizə gücləndirilib.Müxtəlif üsullarla ölkədən valyuta çıxaran şəbəkələr barədə cinayət işi açılıb və milyonlarla manat vəsatilərin çıxarılmasının qarşısı alınıb. Ancaq aparılan sərt tədbirlərə baxmayaraq hələ də ölkəmizdən xaricə gizli yollarla vəsaitlərn aparılması ilə məşğul olan dəstələr mövcuddur.

AzFakt.com-un əldə etdiyi məlumata görə paytaxt Bakıda ölkədən gizli pulları çıxardan dəstə fəaliyyət göstərir. Əldə etdiyimiz məlumatlar əsasında dəstə üzvülərini müəyyənləşdirmişik. Bunlar Qazax rayon sakinləri Mustafayev Mustafa Abuzər oğlu (Ləqəbi Musto), Süleymanov Aqil Kamandar oğlu, Abdullayev Nicat Elşən oğlu, Şəmmədov Şəmməd Tahir oğlu və Bayram adlı şəxslərdi.

Məlumata görə ölkədən xaricə pul daşıyan dəstənin başında Mustafayev Mustafa Abuzər oğlu (Musto) və Süleymanov Aqil Kamandar oğlu dayanır. İdidaya görə bu iki şəxs pul qaçaqçılığında əsas simalardandır. 

Açıklama yok.
Mustafayev Mustafa (Musto)

Digər məlumatda Mustafayev Mustafa Abuzər (Musto) oğlunun bir neçə il öncə ölkədən pullar çıxartdığına görə 3 ilə yaxın həbsxanada yatdığı bildirilir. Həbsxanadan çıxdıqdan sonra Mustafa Mustafayevin (Musto) köhnə işini davam etdirdiyi deyilir. Pul qaçaqçılığına görə Mustafa Mustafayevin çox ciddi imkanlara sahib olduğu iddia edilir. Musto 10-RY-700 seriyalı son model Lexsus avtomobili sürür və Bakıda ən çox oturduğun yer qardaşına məxsus "Meyxoş" şərab evinin olduğu bildirilir

Açıklama yok.

Məlumatda iddia olunur ki, adı çəkilən şəxslər və dəstənin digər üzvüləri mütəmadi olaraq ay ərzində Bakı şəhərindən Şəmkir rayonuna öz şəxsi avtomobillərində 4-5 milyon dollara yaxın vəsait apararaq, tır və avtomobillərə yükləyərək ölkədən gizli şəkildə Gürcüstan Respubilkasına keçirdirlər. Bildirilir ki, dəstə əvvəllər daha çox pullar aparsada son aylar gizli pul aparılmasında azalmalar yaranıb. 

Açıklama yok.

Məlumatda qeyd olunur ki, daşıyıcı rolunu oynayan Mustafayev Mustafa Abuzər oğlu (Ləqəbi Musto), Süleymanov Aqil Kamandar oğlu, 
Abdullayev Nicat Elşən oğlu, Şəmmədov Şəmməd Tahir oğlu, Bayram və dəstənin digər üzvüləri ölkədən çıxartdıqları pullara görə yaxşı qazanc əldə edirlər. 

Açıklama yok.
Nicat Abdullayev 

Açıklama yok.
Şəmməd Şəmmədov 

Bildirilir ki, dəstə üzvüləri Mustafayev Mustafa (Ləqəbi Musto), Süleymanov Aqil,  Nicat Abdullayev, Şəmmədov Şəmməd, Bayram və digərlərinin birdən-birə bahalı avtomobillər almaları, istirahət mərkəzlərində çoxlu pullar xərcləmələri ciddi şəkildə nəzərə çarpır. 

Açıklama yok.
Bayram

Apardığımız araşdırmada məlum oldu ki, Nicat Abdullayev 11 NT 111 Range Rover, Şəmmədov Şəmməd 77 MO 570 Lexsus, Bayram isə 77 HB 700 BMV avtomobilləri sürürlər. 

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

AzFakt.com-un əldə etdiyi ilginc məlumatda bildirilir ki, mütəşəkkil dəstə pulları Bakı şəhəri Yasamal rayonunda yerləşən “Meyxoş” şərab evi və Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən digər şərab evinə yığılır və bu obyektlərdən gizli çıxarılaraq Şəmkir rayonuna aparılır. 

Açıklama yok.
Açıklama yok.

Mənbəmiz ölkədən gizli yollarla pul çıxardan dəstənin arxasında məmur və iş adamlarının olduğunu iddia edir. Belə ki, dəstənin ölkədən çıxartığı pullar bizə məlum olmayan məmur və biznesmenlərə aiddir. 

Üç nazirlə bir bankir ölkədən 10 milyardı necə çıxarıb...

Bildirək ki, ötən il xarici valyutada qiymətli kağızların Azərbaycana gətirilməsi və ölkədən çıxarılması halları müəyyənləşdirilib. Bununla bağlı Azərbaycan Mərkəzi Bankı “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə" 2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib.

Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla bilər.

Ancaq Mustafayev Mustafa (Ləqəbi Musto), Aqil Süleymanov, Nicat Abdullayev, Səməd Səmədov, Bayram və digər üzvüləri qeyd etdiyimiz kimi ölkədən qanuni yollarla 10 min dollar yox, hər ay gizli yollarla milyonlarla dollar çıxardırlar. 

İnanırıq ki, hüquq mühafizə orqanları Azərbaycandan Gürcüstana hər ay milyonlarla dollar aparılması ilə bağlı əldə etdiyimiz məlumatı araşdıraraq, lazımı tədbir görəcəklər.  

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap