“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? - VİDEO

Tarix 09.07.26, 8:30

Font ölçüsü : - / +
bitmap-img6


Son dövrlər əmək bazarında yarımştat işlərə tələbat artmaqdadır. Xüsusilə tələbələr və əlavə gəlir əldə etmək istəyən şəxslər üçün bu işlər cəlbedici görünür. Lakin bəzi hallarda vakansiyalarda göstərilən əmək haqqı və iş şərtləri ilə reallıq üst-üstə düşmür.

AzFakt.com xəbər verir ki, Xəzər TV mövzu ilə bağlı material hazırlayıb.

İş elanlarında "Ofis menecer" və ya "Operator-satıcı" kimi vəzifələr üçün müxtəlif şərtlər təklif olunur. Məsələn, bəzi elanlarda 6 günlük iş həftəsi və gün ərzində 4-5 saatlıq iş rejimi üçün 200 AZN civarında əmək haqqı təklif edilir. Respondentlər bildirirlər ki, elanlarda qeyd olunan 200 AZN əmək haqqı bəzən sabit maaş və əlavə faizlərin cəmindən ibarət olur, bu isə iş axtaranların hər zaman ürəyincə olmur.

İnsan resursları üzrə mütəxəssis Röyal Əhmədovun sözlərinə görə, yarımştat işlərin konkret vahid iş saatı və standartı yoxdur, hər şey işəgötürənlə işçi arasındakı razılaşmadan asılıdır. Mütəxəssis vurğulayır ki, bəzi hallarda "yarı iş günü" bəhanəsi ilə əmək müqaviləsi bağlanmaması sonradan işçinin hüquqlarının pozulmasına səbəb ola bilər.

Ekspertlər iş axtaranlara tövsiyə edirlər ki, iş vaxtından asılı olmayaraq, əmək haqqının hesablanması şəffaf aparılmalı və bütün şərtlər əvvəlcədən əmək müqaviləsində öz əksini tapmalıdır. Bu, həm işçinin sosial təminatını, həm də əmək hüquqlarının qorunmasını təmin edir.




Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap