“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ağ Ev uğrunda mübarizə qızışır - Vensin əsas rəqibi Rubio ola bilər

Tarix 16.11.26, 8:46

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı hələ də yekun qərar verməyib.

Bu barədə "Axios" məlumatlı mənbələrə istinadən bildirib.

Məlumata görə, Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı yekun qərarı yeni ilə qədər verməyəcək və niyyətini açıq şəkildə açıqlamaq üçün yazın sonuna qədər gözləyə bilər. O, hələ də ailəsi ilə potensial namizədliyini müzakirə edir.

Eyni zamanda, Vensin tərəfdarları respublikaçıların aralıq seçkilərdəki nəticələrinin onun nüfuzuna təsir etmədiyini bildirirlər. Vitse-prezidentin ən yaxın siyasi məsləhətçiləri onun 2028-ci ildə namizədliyini irəli sürməli olduğuna və çox güman ki, irəli sürəcəyinə inanırlar.

Bu arada, "Axios" bir neçə başqa respublikaçının da namizədliyini irəli sürməyi düşündüyünü bildirib. Məsələn, senator Ted Kruzun komandası onun mümkün namizədliyini müzakirə etmək üçün iclas keçirib. Bəzi respublikaçılar dövlət katibi Marko Rubionu Vensə potensial olaraq daha güclü rəqib hesab edirlər.

Digər potensial respublikaçı namizədlər arasında Virciniyanın keçmiş qubernatoru Qlenn Yanqkin, Corciya qubernatoru Brayan Kemp və Florida qubernatoru Ron Desantis də var. /"Report" 



Xəbərin oxunma sayı : 409




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap