“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Əhalinin nəzərinə: Bu şəxslərə pulsuz ərzaq veriləcək

Tarix 13.11.26, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşlara pulsuz ərzaq və ya ərzaq normasının təmin edilməsi, yaxud bunun pul qarşılığı əsasən xüsusi dövlət xidməti keçən şəxslərə, stasionar sosial müəssisələrdə qalanlara, sığınacaqlara yerləşdirilənlərə və fövqəladə vəziyyətlərdən zərər çəkənlərə şamil olunur.

Aşağıdakı kateqoriyalar üzrə vətəndaşlar ödənişsiz ərzaq əldə edir:

Məcburi hərbi qulluqçular və güc strukturları əməkdaşları

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları, hərbi lisey və akademiya tələbələri, eləcə də döyüş növbəsində duran hərbi heyət müəyyən edilmiş ərzaq payı normalarına uyğun olaraq gündəlik pulsuz qidalanma ilə təmin olunurlar. Eyni zamanda Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və Penitensiar Xidmətin şəxsi heyətinə xidmət müddətində pulsuz ərzaq payı və ya qanunvericiliklə müəyyən olunmuş hallarda bunun pul kompensasiyası ödənilir.

Müəssisə tipli sosial xidmət müəssisələrində yaşayan şəxslər

“Sosial xidmət haqqında” və “Ahıllara sosial xidmət haqqında” qanunlara əsasən dövlət pansionatlarında və qocalıq evlərində yaşayıb qulluq edilən tənha ahıl şəxslər dövlət tərəfindən tam təminata götürülərək pulsuz ərzaqla təmin edilirlər. Bu qayda həmçinin əlilliyi olan şəxslər üçün müəssisələrdə və reabilitasiya mərkəzlərində stasionar qalanlara, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlar və kimsəsizlər üçün uşaq evləri və internat məktəblərinin sakinlərinə də şamil olunur.

Məhkumlar və müvəqqəti saxlanılan şəxslər

Cəza-İcraat Məcəlləsinə və müvafiq normativ aktlara əsasən cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər, istintaq təcridxanalarında və müvəqqəti saxlanma yerlərində olan şəxslər dövlət büdcəsi hesabına müəyyən edilmiş kalori və ərzaq normalarına uyğun olaraq gündə üç dəfə pulsuz qida ilə təmin olunurlar.

Fövqəladə hallar, təbii fəlakətlər və müharibə zamanı zərər çəkmiş şəxslər

“Mülki müdafiə haqqında” Qanuna əsasən zəlzələ, daşqın, yanğın kimi təbii fəlakət və ya texnogen qəza zonasında evsiz və köməksiz qalan, müvəqqəti məskunlaşma məntəqələrinə yerləşdirilən mülki şəxslərə təxliyə olunduqları dövr ərzində pulsuz ərzaq və içməli su yardımı edilir. Həmçinin hərbi münaqışələr və müharibə şəraitində təxliyə olunan və ya mühasirədə, yaxud döyüş zonasında qalan mülki əhaliyə dövlət tərəfindən fövqəladə ərzaq payı paylanılır.

İnsan alverindən zərər çəkmiş şəxslər və məişət zorakılığı qurbanları

“İnsan alverinə karşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunvericiliyə əsasən dövlət tərəfindən yaradılmış sığınacaqlara yerləşdirilən zərərçəkmiş şəxslərə sığınacaqda olduqları müddət ərzində pulsuz ərzaq, tibbi və sosial yardım göstərilir.|yenisabah



Xəbərin oxunma sayı : 73




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap