“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Neftin yüksək qiymətləri büdcə xərclərini artırmaq üçün yetərli deyil“ - Komitə sədri

Tarix 16.11.26, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Dünya bazarında neftin qiymətinin yüksək olması dövlət büdcəsinin xərclərinin artırılması üçün yetərli deyil.

AzFakt.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

"2027-ci ilin büdcə zərfində neftin bir barrelinin orta illik qiyməti 65 ABŞ dolları götürülüb. Hazırkı bazar qiymətinin bu göstəricidən təxminən 50 %-ə qədəryüksək olması və davamlı dəyişməsi neftin büdcə qiymətinin artırılması ilə bağlı müəyyən gözləntilər yarada bilər. Lakin dünya neft bazarında cari qiymətlərin yüksəlməsi dayanıqlı tələb amilləri ilə deyil, geosiyasi risklər və təklif məhdudiyyətləri ilə izah olunur. Bu baxımdan neftin orta illik proqnoz qiymətini ehtiyatlı büdcə planlaşdırılması üçün əsaslı baza hesab edirik", - deyə o qeyd edib.

Deputatın sözlərinə görə digər bir məsələ əlavə neft gəlirlərinə münasibətlə bağlıdır: 

"Bəzən bu fikir səslənir ki, neftin qiyməti yüksəkdirsə, əlavə gəlirlər niyə dərhal xərclənmir? Hesab edirik ki, bu suala fiskal dayanıqlılıq prinsipi əsasında yanaşmalıyıq. Müvəqqəti gəlirlərlə daimi xərcləri maliyyələşdirmək, başqa sözlə, daimi xərc öhdəlikləri yaratmaq doğru yanaşma deyil. Çünki büdcə gəlirləri baxımından əlverişli görünən bazar konyunkturası hər an dəyişə bilər. Fiskal siyasət büdcə üçün əlverişli konyunktura şəraitində də məsuliyyətli və qənaətyönümlü olmalıdır. Dövlət maliyyə sistemində dayanıqlılığın əsas sınağı böhranlı illər deyil, gəlirlərin yüksək olduğu dövrdür. Yüksək gəlir şəraitində bütün əlavə resursların xərclənməsi konyunkturdən asılı olan fiskal siyasətə, bu da son nəticədə maliyyə risklərinə gətirib çıxarır. Belə ki, əlverişli konyunkturda xərclər sürətlə artır, bazar şərtləri pisləşdikdə maliyyə imkanları daralır. Yeni büdcə siyasətinin əsas məqsədlərindən və prinsiplərindən biri məhz bu asılılığın azaldılmasıdır".



Xəbərin oxunma sayı : 64




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap