“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ

Tarix 12.11.26, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanındakı siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid V.Ə. bildirib ki, 7 ildir limanda işləyir və təqsirləndirilən Ənvər Tağıyevi üzdən tanıyır:

"Konteyneri 2-ci postdan götürüb 6-cı posta aparmışam. Oradan sonra kim nəyi necə edib - mənlik olmayıb. Gömrük postu həmin gün açıq idi, əslində oradan keçəndə yoxlanılmalı idi. Amna yoxlama olmadı. Bu tapşırığı briqadirimiz Fərrux Haqverdiyev vermişdi. Konteynerlərin dolu olduğunu bilirdim, amma içində nə olduğundan xəbərsiz olmuşam".

​Şahid A.Q. isə Ənvər Tağıyevi tanımadığını deyib:

"Ələsgər İsmayılov adlı dostum məndən maşın xahiş elədi, mən də ona bir “Kamaz” verdim. Daşınacaq yük haqqında heç nə demədi, nə aparacağını bilməmişəm. Yükün daşınmasında iştirak etməmişəm".

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sabiq rəisi, Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğlu Rəşad Daşdəmirov ifadəsində göstərib ki, təqsirləndirilən Ənvər Tağıyevi tanıyır, lakin hadisə ərəfəsində Bakıda yox, Alma - Ata şəhərində ezamiyyətdə olub:

"Həmin vaxt mənim yerimdə köməkçim Emin Vəliyev olub. Gəmi limana yanaşandan sonra orada komissiya işləyir, daha sonra liman xidməti əməliyyata başlayır. Liman ərazisində maşınlarla bağlı təşkilatçılığı mühafizə xidməti həyata keçirir. Zaur Haşımovla bu hadisələrlə bağlı ünsiyyətim olmayıb, limanda konteynerlərin yerləşdirilməsində fəaliyyətim də olmayıb".

“Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin əməkdaşı Fərrux Haqverdiyev ifadəsində limanda briqadir işlədiyini qeyd edib:

"Həmin gün məni çağırıblar, “Bayandur” gəmisindən konteynerləri boşaltmışam, sonra evimə qayıtmışam. İcazə alıram ki, filan gəmini boşaltmağa icazə varmı? İcazədən sonra iş görürəm. Həmin gün “Bayandur” gəmisindən 6 konteyner boşaltmışam. Bütün yük gömrük deyilən yerə boşaldılır. Həmin gün orada təkcə Tahiri görmüşəm".

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin (və ya Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postunun) sabiq rəisi Fərid Usubov ​isə ümumi postun rəisi olduğunu bildirib:

"Ənvər Tağıyevi tanıyıram. Tağıyevin işi ilə bağlı hansı problem yaranarsa, o, bununla əlaqədar öz rəhbərliyinə məlumat verməli idi, mənim hər hansı müdaxiləm olmurdu".

Növbəti proses 17 dekabr saat 14:15-ə təyin olunub.

Xatırladaq ki, hadisədən sonra ölkəni tərk edən Ənvər Tağıyev bir il beynəlxalq axtarışda olub.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Cinayət Məcəlləsinin müvafiq olaraq 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

Ruslan Eyyubov daha sonra səhhəti ilə əlaqədar məhkəmənin qərarı ev dustaqlığına buraxılıb. Hazırda Ruslan Eyyubovun cinayət işi üzrə istintaq araşdırması davam edir.

Qeyd edək ki, ötən ilin dekabr ayının 23-də Baş Prokurorluğun Mətbuat xidməti qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsulların gətirilməsi ittihamı bir sıra vəzifəli şəxsin saxlanılması ilə bağlı məlumat yaymışdı. 2026-cı ilin iyun ayının 5-də isə saxlanılanlardan biri olan Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 2 oktyabr 2026-cı il tarixində keçirilən prosesdə məhkəmə müdafiə vəkillərinin vəsatətini təmin edərək, təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə qərar verib. Ənvər Tağıyev 31 oktyabr 2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.



Xəbərin oxunma sayı : 151




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap