“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı

Tarix 13.11.26, 9:47

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yaşayış kompleksi üzrə ümumilikdə 1049 mənzili güzəştlə satışa çıxaracaq.

AzFakt.com xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, mənzillərin satışı dekabrın 16-da saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Gözləmə qaydasında mənzil seçimi isə saat 12:00-dan 13:00-dək aparılacaq. Satışa çıxarılan mənzillərdən 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir.

Mənzillərin qiymətləri aşağıdakı kimidir:

Hövsan Yaşayış Kompleksi:
* 4 otaqlı – 118 800 manat.

Binəqədi Yaşayış Kompleksi:
* 3 otaqlı – 98 415 manatdan;
* 4 otaqlı – 133 650 manat;
* 5 otaqlı – 211 275 manat.

Şirvan Yaşayış Kompleksi:
* 2 otaqlı – 54 815 manat;
* 3 otaqlı – 69 160 manatdan;
* 4 otaqlı – 93 765 manatdan.

Yevlax Yaşayış Kompleksi:
* 1 otaqlı – 43 225 manat;
* 3 otaqlı – 70 490 manatdan;
* 4 otaqlı – 103 740 manat.

Qiymətlərə ƏDV daxildir.

MİDA-nın məlumatına əsasən, Hövsan və Binəqədi yaşayış komplekslərində mənzillər yalnız şəxsi vəsait hesabına, Şirvan və Yevlaxda isə həm şəxsi vəsait, həm də ipoteka krediti vasitəsilə əldə edilə bilər. Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4%, kredit müddəti isə 3 ildən 30 ilədəkdir. Minimal ilkin ödəniş və 30 illik kredit müddəti nəzərə alınmaqla, Şirvanda aylıq ödənişlər 236 manatdan, Yevlaxda isə 186 manatdan başlayır.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.

Mənzillərin seçimi elektron qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçiriləcək. Satışda yalnız sistemdə elektron kabineti olan vətəndaşlar iştirak edə biləcəklər. Elektron kabinetin qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq bütün iştirakçılar bərabər hüquqa malikdirlər.

Mənzillərin dəqiq sahəsi, qiyməti və satış şərtləri barədə ətraflı məlumatı MİDA-nın rəsmi internet saytından əldə etmək mümkündür.



Xəbərin oxunma sayı : 58




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap