“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək

Tarix 12.11.26, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri Xəzər Rayon Məhkəməsi Türkan qəsəbəsində qanunsuz əhəngdaşı hasilatı ilə məşğul olan şəxslə bağlı hökm çıxarıb.

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, 1955-ci il təvəllüdlü şəxs 2025-ci ilin əvvəlindən 2026-cı ilin əvvəlinədək Abşeron rayonunun Türkan qəsəbəsində yerləşən “Türkan-1” əhəngdaşı yatağında qanunsuz karxana fəaliyyəti göstərib.

Məhkəmə materiallarına əsasən, həmin şəxs müvafiq icazə sənədi olmadan 5400 kvadratmetr ərazidə iki daşkəsən kombayndan istifadə edərək 2160 kubmetr həcmində əhəngdaşı çıxarıb və onun satışından gəlir əldə edib.

Araşdırma zamanı müəyyən edilib ki, karxananın yerləşdiyi torpaq sahəsi 1991-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin qərarı ilə həmin şəxsin istifadəsinə verilib. Lakin torpaq sahəsinə dair sənədlərin olmasına baxmayaraq, əhəngdaşı hasilatı üçün tələb olunan rəsmi icazələr alınmayıb.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib. O, maddi vəziyyətinin aşağı olması səbəbindən qanunsuz hasilata başladığını, karxanada qohumu ilə birlikdə işlədiyini və avadanlıqların özünə məxsus olduğunu bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun əməkdaşları 12 yanvar 2026-cı ildə əraziyə baxış keçirərək qanunsuz hasilat faktını qeydə alıblar. Ölçmələr nəticəsində 2160 kubmetr daş çıxarıldığı müəyyən edilib.

İlkin hesablamalara görə, təbiətə dəymiş ziyan 75 600 manat müəyyən edilsə də, məhkəmə yekun qərarında dövlətə vurulmuş maddi ziyanın 21 168 manat olduğunu qəbul edib.

Müttəhim barəsində Cinayət Məcəlləsinin 255.1-ci maddəsi (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma, bunun nəticəsində əhəmiyyətli zərər vurulması) ilə hökm çıxarılıb.

Məhkəmə onun səmimi etirafını, peşmançılığını, ahıl yaşda olmasını və səhhətindəki problemləri cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.

Nəticədə həmin şəxs iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, eləcə də özəl sektorda rəhbər və maddi məsul vəzifə tutmaq, həmçinin xüsusi qurğu və texnikadan istifadə etməklə faydalı qazıntıların hasilatı və satışı ilə məşğul olmaq hüququndan məhrum edilib.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki qurumun mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsdən dövlətə vurulmuş 21 168 manat maddi ziyanın tutulması və həmin vəsaitin müvafiq dövlət fonduna ödənilməsi qərara alınıb.



Xəbərin oxunma sayı : 64




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap