“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar və ödənişlər dəyişir

Tarix 16.11.26, 18:40

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2026-cı il 16 oktyabr tarixli Qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.

Musavat.com xəbər verir ki, yeni sənəd ölkədə dövlət qulluğu sisteminin idarə olunması, işə qəbul mexanizmləri və qurumlararası səlahiyyət bölgüsünü tamamilə yeni müstəvidə tənzimləyir. Fərmanla indiyə qədər qüvvədə olan bir sıra köhnə sənədlər, o cümlədən 2000-ci ildə qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanunun tətbiqinə dair əsas fərman, eləcə də vəzifə maaşlarına yerli və ağır iş şəraiti əmsalları, habelə dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı əvvəlki fərmanlar ləğv edilib.

Fərmana əsasən, yeni Dövlət Qulluğu Məcəlləsindən irəli gələn ali və strateji səlahiyyətlər bilavasitə Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək. Müəyyən hallarda isə Nazirlər Kabineti dövlət başçısı ilə razılaşdırmaqla müvafiq qərarlar verəcək.

Dövlət qulluğu üzrə növbəti imtahan keçiriləcək | Modern.az

Dövlət qulluğuna qəbul prosesinin əsas icraçısı yenə də Dövlət İmtahan Mərkəzi (DİM) olaraq qalır. Test imtahanlarının təşkili, dövlət qulluğu sertifikatlarının verilməsi və müsabiqə proseslərinin böyük qismi DİM-in səlahiyyətinə aid edilib. Bununla yanaşı, namizədlərin yoxlanılması və qeydiyyatı zamanı digər dövlət qurumları da prosesə cəlb olunacaq. Belə ki, miqrasiya məsələləri üzrə Dövlət Miqrasiya Xidməti, tibbi müayinə və sağlamlıqla bağlı Səhiyyə Nazirliyi, məhkumluq və digər hüquqi yoxlamalar üzrə Daxili İşlər Nazirliyi, dini qurumlarla bağlı məqamlarda isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi səlahiyyətli qurum kimi müəyyənləşib.

Dövlət qulluqçularının əmək münasibətləri və elektron uçotu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılacaq. Hərbi xidmətlə bağlı məsələlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, dövlət qulluqçularının əlavə təhsili və ixtisasartırması isə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına həvalə olunub.

Yeni Fərman dövlət qulluğuna işə düzəlmək istəyən vətəndaşların gündəlik prosedurlarına birbaşa təsir edən bir sıra mühüm yenilikləri gündəmə gətirir. İlk növbədə həm test imtahanında, həm də müsahibə mərhələsində iştirak etmək üçün ödəniləcək rüsumların məbləği yenidən müəyyənləşəcək. Tarif (qiymət) Şurası üç ay ərzində bu ödənişlərin yeni tariflərini təsdiqləyəcək ki, bu da namizədlərin imtahan büdcəsində dəyişiklik deməkdir.

Digər əsas yenilik sənəd və sağlamlıq yoxlamaları ilə bağlıdır. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün yeni tibbi müayinə qaydaları və dövlət işində çalışmağa mane olan xəstəliklərin yenilənmiş siyahısı hazırlanır. Bütün əmək münasibətləri və qeydiyyat prosesi elektronlaşdırıldığı üçün namizədlərin kağız sənəd toplamaq yükünün əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

Müsahibə mərhələsinin daha şəffaf keçirilməsi üçün komissiyalara cəlb edilən müstəqil ekspertlərin əməyinin ödənilməsi qaydası da təkmilləşdirilir. Eyni zamanda, müsahibə nəticəsindən narazı qalan namizədlərin hüquqlarını qorumaq üçün şikayətlərə baxılma mexanizmi dəqiqləşdirilib – artıq namizədlər birbaşa müvafiq nazirlik və ya yerli icra hakimiyyəti orqanlarının nəzdindəki apellyasiya şuralarına müraciət edə biləcəklər. İmtahandan uğurla keçib işə başlayanları isə stajorluq dövründə yeni qaydalarla təşkil olunan xüsusi təlimlər və qiymətləndirmə mərhələsi gözləyir.

Fərmanda bütün bu yeniliklərin tətbiqi üçün konkret icra müddətləri müəyyən edilib. Tarif Şurası imtahan və müsahibə ödənişlərini üç ay ərzində müəyyənləşdirməlidir. Nazirlər Kabineti isə dörd ay ərzində dövlət qulluğu üzrə müvafiq elektron informasiya sistemləri ilə bağlı təkliflərini hazırlamalı, beş ay müddətində isə tibbi müayinə, test imtahanları, müsahibələrin keçirilməsi, stajorluq təlimləri və xidməti yoxlamalarla bağlı yeni qaydaları təsdiq etməlidir.

Bütün mövcud qanunların və Prezident aktlarının yeni Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılması prosesi isə altı ay ərzində yekunlaşdırılacaq. Milli Məclisə, Konstitusiya Məhkəməsinə və Ali Məhkəməyə də yeni Məcəllədən irəli gələn məsələlərin həlli tövsiyə olunub.



Xəbərin oxunma sayı : 382




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap