“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Mercedes - Benz“ nədən İflas astanasındadır? - ŞOK RƏQƏMLƏR

Tarix 14.11.26, 12:46

Font ölçüsü : - / +
bitmap-img6


Dünya avtomobil sənayesinin rəmzlərindən sayılan “Mercedes-Benz” tarixinin ən ağır maliyyə və istehsal böhranlarından birini yaşayır. Satışların kəskin azalması və mənfəətin yarıbayarı əriməsi konsern rəhbərliyini radikal qərarlar astanasına gətirib. Artıq şirkət daxilində Almaniyadakı zavodların bir qisminin qapısına qıfıl vurulması və ölkə daxilindəki bütün yeni investisiyaların dondurulması ciddi ssenari kimi müzakirə olunur.

Musavat.com konsernin rəsmi maliyyə hesabatlarına istinadən xəbər verir ki, şirkətin İdarə Heyəti Almaniyadakı istehsal müəssisələrinə ayrılan bütün əlavə vəsaitləri dayandırmaq barədə ortaq mövqeyə gəlib.

“Mercedes-Benz Group”un 2026-cı ilin üçüncü rübü üzrə açıqladığı rəsmi maliyyə göstəriciləri vəziyyətin nə qədər kritik olduğunu bütün çılpaqlığı ilə göstərir. Belə ki, şirkətin üçüncü rübdə ümumi gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz azalaraq 32,1 milyard avrodan 30,7 milyard avroya düşüb. Minik avtomobillərinin qlobal satışı illik müqayisədə 8 faiz geriləyərək 407 min ədəd təşkil edib. Ən ağır zərbə isə konsernin əsas qazanc mənbəyi sayılan Çin bazarından gəlib — burada satışlar düz 31 faiz çökərək 86 800 avtomobilə enib. Çinli yerli istehsalçıların aqressiv rəqabəti və tələbatın kəskin zəifləməsi alman brendini bazardan sıxışdırmağa başlayıb. Nəticədə minik avtomobilləri bölməsinin əməliyyat mənfəəti iki dəfədən çox azalaraq 1,12 milyard avrodan 560 milyon avroya düşüb, satış rentabelliyi isə 4,8 faizdən 2,5 faizə geriləyib. Bu səbəbdən rəhbərlik 2026-cı il üzrə ümumi rentabellik proqnozunu da 3–5 faizdən 2–3 faizə endirməyə məcbur qalıb.

Şirkətin istehsal üzrə direktoru Mixael Şibe daxili yazışmalarda və alman mediasına açıqlamasında mövcud xərc strukturu ilə Almaniyada yeni sərmayə qoymağın artıq mümkün olmadığını bəyan edib. Onun sözlərinə görə, Almaniyada bir istehsal saatının dəyəri Şərqi Avropa ölkələrindəki, xüsusilə Rumıniya və Macarıstandakı zavodlarla müqayisədə 5 dəfəyə qədər baha başa gəlir.

Konsernin baş direktoru Ola Kallenius da vəziyyətin çıxılmaz olduğunu təsdiqləyib. O, Almaniyadakı əmək xərclərini 100 vahid qəbul edərək, bu göstəricinin ABŞ-da 80, Macarıstanda 30, Rumıniyada 20, Çində isə cəmi 10–20 səviyyəsində olduğunu vurğulayıb. Rəhbərlik Almaniyadakı işçi xərclərini ən azı 20 faiz azaltmağı, həftəlik iş saatını maaş artımı olmadan 35 saatdan 40 saata qaldırmağı və əlavə bonusları ləğv etməyi tələb edir.

İnsan resursları üzrə direktor Britta Zeger həmkarlar ittifaqı (“IG Metall”) və İşçi Şurası ilə aparılan danışıqların dalana dirəndiyini açıqlayıb. O bildirib ki, rəhbərlik zavodların bağlanmasından qaçmağa çalışsa da, güzəştə gedilməyəcəyi təqdirdə "çox sərt addımlar" atılacaq və hansı müəssisələrin fəaliyyətini davam etdirəcəyi hazırda detallı şəkildə araşdırılır.

Qeyd edək ki, Mixael Şibe hələ sentyabr ayında işçilərlə görüşdə xərclər azaldılmayacağı halda Almaniyada bir avtomobil yığımı zavodunun və bir güc aqreqatları (mühərrik və transmissiya) zavodunun bağlanacağı ilə bağlı xəbərdarlıq etmişdi. Hazırda “Mercedes-Benz”in Almaniyada 3 əsas avtomobil yığımı (Zindelfingen, Raştatt, Bremen) və 7 komponent/mühərrik zavodu (Untertürkhaym, Affalterbax, Berlin, Hamburq və s.) fəaliyyət göstərir. Konkret hansı müəssisənin qapadılacağı hələ açıqlanmasa da, rəhbərlik yeni nəsil modellərin istehsalının tamamilə xaricə — xüsusilə illik istehsal gücü 400 min avtomobilə çatdırılan Macarıstandakı Keçkemet zavoduna köçürülə biləcəyini istisna etmir.



Xəbərin oxunma sayı : 475




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap