“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Aylıq xərclərimizin 53-55%-i ərzağa və dərmana gedir“ - İqtisadçıdan AÇIQLAMA

Tarix 14.11.26, 14:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda ortalama ərzaq qiymətləri və əhalinin alıcılıq qabiliyyətilə bağlı müxtəlif hesablama üsullarından istifadə edilir. Bu hesablamalar müxtəlif olduğundan, əhalinin istehlak xərclərinin strukturu ilə bağlı da fərqli nəticələrə rast gəlinir. Lakin qiymətlərin mütəmadi artımı fonunda ümumilikdə görünən odur ki, Azərbaycan əhalisinin xərc “menyusu”nda ərzaq alışına ödənən aylıq vəsait kifayət qədər yüksək xüsusi çəkiyə malikdir.

AzFakt.com xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı paylaşımında Azərbaycan əhalisinin ərzaq xərclərini digər ölkələrlə müqayisə edib: “İstənilən ölkədə əhalinin maddi durumunu ölçmək üçün müxtəlif indikatorlar var, onlardan biri də əhalinin aylıq xərclərində ərzağa ödədiyi vəsaitin payıdır - ərzaq xərclərinin ümumi xərclərdəki payı nə qədər çoxdursa, vətəndaş bir o qədər kasıbdır.

Azərbaycanda əhali aylıq xərclərinin 50%-ə yaxınını ərzağa xərcləyir. Gürcüstanda bu rəqəm 38,7%, Ermənistanda isə 40,7%-dir.

Avropa Birliyinin ən kasıb ölkəsi olan Bolqarıstanda bu rəqəm 29,3%-dir.

AB-nin varlı ölkələrindən biri olan Almaniyada əhali aylıq xərclərinin cəmi 14%-i ərzağa yönəldir. ABŞ-da isə bu rəqəm 13%-dir”.

İqtisadçı qeyd edir ki, ölkə əhalisinin xərclərində ərzaq və dərman alışına xərclənən pullar üstünlük təşkil edir: ”Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manat məhsul satılıb. Bu məbləğın 28 677,3 mln. manatı sırf ərzağa, 1 560,4 mln. manatı dərmana gedib. Bizdə əhali aylıq xərclərinin 53-55% arasını ərzağa və dərmana verir”.

İqtisadçı hesab edir ki, bu statistika əhalinin həyat səviyyəsinin yüksək olmadığının göstəricisidir. Onun sözlərinə görə, hökumətin əsas hədəfi də əhalinin varlanması olmalıdır. Çünki bu zaman büdcəyə də daha çox vergi-rüsum şəklində vəsait daxil olacaq. 



Xəbərin oxunma sayı : 439




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap