“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI

Tarix 05.08.26, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


Kibermüharibələrin və süni intellekt texnologiyalarının təhlükəsizlik mühitini dəyişdirdiyi bir dövrdə dünyanın aparıcı kəşfiyyat xidmətlərinin gücü ilə bağlı yeni qiymətləndirmə yayımlanıb. 

Qaynarinfo xəbər verir ki, "Gemini" süni intellekt modelinin açıq mənbələr əsasında hazırladığı təhlildə müxtəlif ölkələrin kəşfiyyat qurumları sıralanıb.

Qiymətləndirmədə qeyd olunur ki, reytinq açıq mənbələrdə mövcud olan məlumatlar, əməliyyat imkanları, texnoloji potensial, beynəlxalq fəaliyyət və regional təsir kimi meyarlar əsasında hazırlanıb.

Siyahıda ilk 10-luq belə sıralanıb:

1. ABŞ – MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi)

Təhlilə görə, qlobal əməliyyat şəbəkəsi, texnoloji imkanları və dünyanın müxtəlif bölgələrindəki fəaliyyəti ilə MKİ siyahının ilk pilləsində qərarlaşıb.

2. Böyük Britaniya – "MI6"

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti "MI6" xaricdəki əməliyyatları, geniş diplomatik əlaqələri və strateji analiz imkanlarına görə ikinci yerdə göstərilib.

3. Çin – "MSS"

Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi ("MSS") kiberkəşfiyyat imkanları, texnologiyaya əsaslanan əməliyyatları və geniş insan resursları ilə üçüncü sırada yer alıb.

4. Türkiyə – "MİT"

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı ("MİT") siyahıda dördüncü pillədə qərarlaşıb. Təhlildə qurumun son illərdə sərhədyanı əməliyyatlar, terrorla mübarizə, texnoloji modernləşmə və beynəlxalq əməliyyat imkanları ilə diqqət çəkdiyi vurğulanıb.

5. İsrail – "Mossad"

İsrailin xarici kəşfiyyat xidməti "Mossad" beşinci yerdə göstərilib.

6. Rusiya – "SVR" və "FSB"

Qiymətləndirmədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti ("SVR") və Federal Təhlükəsizlik Xidməti ("FSB") birlikdə nəzərdən keçirilib. Onların əks-kəşfiyyat və regional əməliyyat imkanları ön plana çıxarılıb.

7. Fransa – "DGSE"

Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi ("DGSE") xüsusilə Afrika və Yaxın Şərqdəki fəaliyyəti ilə yeddinci sırada qərarlaşıb.

8. Hindistan – "RAW"

Hindistanın Xarici Kəşfiyyat Xidməti ("RAW") regional təhlükəsizlik əməliyyatları və strateji kəşfiyyat potensialına görə səkkizinci yerdə göstərilib.

9. Almaniya – "BND"

Almaniyanın Federal Kəşfiyyat Xidməti ("BND") texnoloji infrastrukturu və Avropa yönümlü analitik imkanlarına görə doqquzuncu yeri tutub.

10. Pakistan – "ISI"

Pakistanın Kəşfiyyat Xidməti ("ISI") isə regional təhlükəsizlik və sərhədyanı əməliyyatlarda oynadığı rola görə ilk onluğu tamamlayıb.

Qeyd etmək lazımdır ki, bu siyahı "Gemini" süni intellekt modelinin açıq mənbələrə əsaslanan analitik qiymətləndirməsidir və rəsmi beynəlxalq reytinq hesab edilmir.



Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap