“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ana xəstədirsə, körpəni əmizdirmək təhlükəlidirmi? - Mütəxəssisindən cavab

Tarix 05.08.26, 21:32

Font ölçüsü : - / +
bitmap-img6


“Əksər hallarda ana xəstə olsa da, əmizdirməyə davam edə bilər”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova açıqlayıb.

Onun sözlərinə görə soyuqdəymə, qrip, yüngül virus infeksiyaları, hərarət zamanı ana südü ilə körpəyə qoruyucu anticisimlər ötürülür və bu, körpənin infeksiyadan qorunmasına kömək edir:

“Bu dövrdə ananın maskadan istifadəsi, əllərini tez-tez yuması və gigiyena qaydalarına riayət etməsi tövsiyə olunur. Ana südü ilə qidalandırma yalnız bəzi xüsusi hallarda müvəqqəti və ya daimi olaraq əks göstərişdir. Bunlara müalicə məqsədilə sitotoksik (kimyaterapiya) preparatların və ya radioaktiv maddələrin qəbulu, aktiv və müalicə olunmamış vərəm, bəzi ağır yoluxucu xəstəliklər və ana tərəfindən əmizdirmə ilə uyğun olmayan dərmanların istifadəsi daxildir. Belə hallarda əmizdirmə barədə qərar mütləq həkim tərəfindən verilməlidir”.

A.Məmmədova bildirib ki, ana xəstəlik və ya qəbul etdiyi dərman səbəbindən tərəddüd edirsə, əmizdirməni dayandırmazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir:

“Bir çox hallarda ana südü ilə qidalandırmanı davam etdirmək həm təhlükəsiz, həm də körpə üçün ən faydalı seçimdir”.



Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap