“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Qarabağ“ “Dinamo“nu keçsə, kiminlə qarşılaşa bilər? - SİYAHI

Tarix 31.07.26, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın SSKA klubuna penaltilər seriyasında məğlub olan "Qarabağ" avrokuboklarda mübarizəsini UEFA Konfrans Liqasında davam etdirəcək.

AzFakt.com xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə qarşılaşacaq. İlk görüş avqustun 6-da Polşanın Lyublin şəhərində, cavab oyunu isə avqustun 13-də Bakıda keçiriləcək.

Konfrans Liqasının pley-off mərhələsinin püşkü isə bu qarşılaşmalardan əvvəl – avqustun 3-də atılacaq. "Qarabağ"ın UEFA klub reytinqinin yüksək olması səbəbindən "Dinamo" – "Qarabağ" cütü püşkatmada səpələnmişlər sırasında yer alacaq.

"Qarabağ" Kiyev təmsilçisini mübarizədən kənarlaşdıracağı təqdirdə pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə qarşılaşa bilər:

* İspaniyanın "Xetafe" klubu;
* "Riyeka" (Xorvatiya) – "İlves" (Finlandiya);
* ÇFR Kluj (Rumıniya) – "Tromsö" (Norveç);
* HİK (Finlandiya) – "Moteruell" (Şotlandiya);
* "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya);
* RFS (Latviya) – "Yablonets" (Çexiya);
* "Brann" (Norveç) – "Apollon" (Kipr);
* "Jalgiris" (Litva) – "Hayduk" (Xorvatiya);
* "Şkendiya" (Şimali Makedoniya) – "Hibernian" (Şotlandiya);
* "Avstriya" (Vyana) – "Beytar" (İsrail);
* GKS Katovitse (Polşa) – "Hapoel" Təl-Əviv (İsrail);
* "Vaduts" (Lixtenşteyn) – "İnter" (Finlandiya);
* "Norşellann" (Danimarka) – "Valyur" (İslandiya);
* "Auda" (Latviya) – "Dinamo" Tirana (Albaniya).

Bundan başqa, Avropa Liqasının III təsnifat mərhələsində məğlub olacaq aşağıdakı cütlüklərdən biri də "Qarabağ"a rəqib ola bilər:

* "Benfika" (Portuqaliya) – "Harts" (Şotlandiya);
* "Beşiktaş" (Türkiyə) – "Hradets-Kralove" (Çexiya);
* "Ferensvaroş" (Macarıstan) – "Qurnik" (Polşa);
* "Makkabi" Təl-Əviv (İsrail) – SSKA (Bolqarıstan).

Beləliklə, püşkün nəticəsindən asılı olaraq "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Avropa Liqasında ona mane olan ÇSKA ilə yenidən üz-üzə gələ bilər.



Xəbərin oxunma sayı : 148




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap