“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Vəzifəli şəxs xanım ginekoloqun yolunu kəsdi - Lerikdə İNSİDENT

Tarix 20.11.23, 22:28

Font ölçüsü : - / +
bitmap-img6


Lerik rayonunda vəzifəli şəxslə xanım tibb həkim arasında insident baş verib.

Noyabrın 14-də Lerik rayon Mərkəzi Xəstəxanası pubik hüquqi şəxsində genikoloq həkim işləyən Z.Zeynalova (şərti) saat 23 radələrində işdən çıxıb idarə etdiyi “Hyundai İX 35” markalı avtomobillə evə gedərkən naməlum şəxs yolda onun qarşısını kəsib. Belə ki, “Lexus RX 350” markalı, 99 ND-996 nömrə qeydiyyat nişanlı avtomobil İ.Yaqubov küçəsində həkimin maşınınn qarşısını kəsərək ona yol verməyib.

Xanım tibb işçisi dərhal hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Məlum olub ki, onun qarşısını kəsən şəxs Lerik Rayon Su-Kanal İdarəsində qurğu operatoru vəzifəsində işləyən 1996-cı il təvəllüdlü S.Ağayevdir. O saxlanılıb və barəsində xuliqanlıq əməli ilə bağlı inzibati protokol tərtib edilib.

27 yaşlı şəxs bildirib ki, Z.Zeynalova maşınla hərəkətdə olarkən avtomobilin uzaqvuran işıqlarını qoşub və onun gözünə işıq salaraq təhlükəli vəziyyət yaratdığı üçün onun maşınının qarşısını kəsib.

Hadisədən sonra Z.Zeynalova şikayətini geri götürüb və Lerik rayon Məhkəməsinin qərarı ilə xırda xuliqnalıq edən şəxs cərimə edilərək sərbəst buraxılıb. (Publika.az)



Xəbərin oxunma sayı : 1384




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap