“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Paşinyan Koçaryandan danışıb - “Hamısı həbs olunacaq“

Tarix 02.07.26, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


Robert Koçaryan həbs edilməlidir.

“Newsarmenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

Paşinyan ölkədə məhkəmə sisteminin ciddi islahatlara ehtiyacı olduğunu bildirərək, ikinci prezident Robert Koçaryanın həbs edilməli olduğunu bəyan edib.

Onun sözlərinə görə, vətəndaşlar küçədə ondan Robert Koçaryanın niyə hələ də azadlıqda olduğunu soruşurlar.

“Hakimiyyət bölgüsü mövcuddur. Qanunverici və icra hakimiyyəti ədalət mühakiməsinin funksiyalarını öz üzərinə götürə bilməz. Yeni Konstitusiya olmadan bu qərarların qəbul ediləcəyini təsəvvür etmirəm. Andlılar məhkəməsi institutu tətbiq edilməlidir. Hazırkı bütün hakimlər etibarlılıq baxımından hərtərəfli yoxlamadan keçməlidirlər”, - Paşinyan deyib.

Baş nazir qeyd edib ki, imkanlı şəxslər hazırkı ədliyyə sistemində öz problemlərini həll edə bilirlər.

Paşinyanın fikrincə, konstitusion tənzimləmələr səbəbindən ədalət mühakiməsi institutu dövlət idarəçiliyinin "ən uğursuz sahəsinə" çevrilib:

"Ermənistanda oliqarxik məhkəmə sistemi ola bilməz. Mən buna qarşı hər gün bütün vasitələrlə mübarizə aparacağam. Robert Koçaryan həbsdə olmalıdır. Bunu niyə deyirəm? Çünki xalq bunu mənə deyib və bu mandatı mənə verib".

O vurğulayıb ki, söhbət yalnız Robert Koçaryandan getmir.

"Hamısı həbs olunacaq", – Paşinyan əlavə edib. /Apa



Xəbərin oxunma sayı : 214




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap