“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Paşinyan hökuməti təkbaşına qurur - Konstitusiya Məhkəməsi qərarını verdi

Tarix 05.07.26, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan Konstitusiya Məhkəməsi ölkədə 7 iyun tarixində keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələrini və Mərkəzi Seçki Komissiyasının (MSK) 14 iyun tarixli qərarını qüvvədə saxlayıb.

Bu barədə qərarı Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan elan edib.

Konstitusiya Məhkəməsi iyunun 26-dan etibarən 7 siyasi qüvvənin müraciəti əsasında birləşdirilmiş icraata baxmağa başlamışdı. Şikayətçilər arasında milyarder Samvel Karapetyanın müxalif "Güclü Ermənistan" bloku, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku və Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası da yer alıb.

Qeyd edək ki, "Çiçəklənən Ermənistan" partiyası nəticələri ləğv edilmiş 3 seçki məntəqəsində təkrar səsvermənin keçirilməməsi barədə MSK-nın qərarından şikayətçi idi. Partiyanın parlamentə düşmək üçün lazm olan %4-lik baryeri aşmasına cəmi 200-dən az səs çatmayıb.

Seçkidə uduzan 6 müxalif partiya, o cümlədən "Ermənistan" və "Güclü Ermənistan" blokları seçkinin nəticələrini tanımaqdan imtina ediblər. Onlar hakimiyyəti müxalifətə təzyiq göstərməkdə, səslərin sayılmasında qanunsuzluqlara yol verməkdə və inzibati resurslardan istifadə etməkdə ittiham etsələr də, rəsmi İrəvan bu iddiaları rədd edib.

Rəsminəticələrə görə, Baş nazirNikolPaşinyanınrəhbərliketdiyihakim "MülkiMüqavilə" partiyası səslərintəxminən %50-nitoplayaraqparlamentdə təkbaşınahökumətformalaşdırmaqimkanını qoruyubsaxlayıb. Seçkilərdə 2-ci yeri %23 səs faizi ilə "Güclü Ermənistan" bloku, 3-cü yeri isə təxminən %10 səs toplayan "Ermənistan" bloku tutub.

Ermənistanın son dövrlər Avropa İttifaqı ilə yaxınlaşması fonunda, seçkilərin gedişatı və nəticələri Rusiyanın da kəskin reaksiyasına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistandakı seçki kampaniyası demokratik prosedurların ciddi şəkildə pozulması ilə müşayiət olunub.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap