“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Almaniya sosial mediaya yaş həddi tətbiqini müzakirə edir - “Deutsche Welle”

Tarix 03.07.26, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyada gənclərin sosial mediadan istifadəsi ciddi narahatlıq doğurur. Təhsil Nazirliyi və müstəqil ekspertlər 18 yaşadək istifadəçilər üçün effektiv yaş təsdiqi və mərhələli qoruyucu tədbirlərin vacibliyini vurğulayırlar.

Mənbə: "Deutsche Welle”

Leni iki il əvvəl smartfonunda çox vaxt keçirdiyini başa düşüb. O, otağından nadir hallarda çıxır, valideynləri ilə az danışır, həftə sonları isə çöldə daha az vaxt keçirirdi. Bəzən gün ərzində 10 saatını "TikTok” və "YouTube”da keçirirdi.

Hazırda 18 yaşı olan Leni deyib: "Məktəbə laqeyd yanaşdığımı, əvvəlki qədər dərs oxumadığımı başa düşdüm. Telefonumda mediadan istifadəyə sərf etdiyim vaxtı qeyd etməyə başladım, telefonu tez-tez söndürdüm və dostlarımla görüşləri ləğv edib sadəcə telefonda vaxt keçirməkdən imtina etdim. İndi gündə orta hesabla təxminən beş saat mediadan istifadə edirəm”.

Leninin vəziyyəti Almaniyada böyüyən bir çox yeniyetmənin gündəlik həyatına çevrilib. OECD-nin son hesabatına görə, Almaniyadakı 15 yaşlılar həftədə təxminən 48 saatını ekran qarşısında keçirirlər. Bu, gündə orta hesabla yeddi saat deməkdir. 36 ölkə arasında Almaniya ekran qarşısında keçirilən vaxtın uzunluğuna görə üçüncü yerdədir və Polşa, Estoniya ilə eyni sıradadır. Almaniyanın DAK tibbi sığorta şirkətinin digər araşdırması göstərib ki, ölkədə 1,5 milyon yeniyetmə sosial mediadan problemli şəkildə istifadə edir, onların təxminən 350 mini isə asılı hesab olunur.

Niyə sosial mediada vaxt itiririk?

Bu statistika Almaniyada gənclər üçün sosial mediadan istifadənin məhdudlaşdırılması çağırışlarını artırıb. Bu, Avstraliyanın nümunəsini izləyən addım olardı. Avstraliya ötən ilin dekabrında 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən ilk ölkə olub.

Leni bunun faydalı ola biləcəyini düşünür: "Bu, uşaqları və yeniyetmələri daha çox qoruyar. Mən "TikTok”, "Instagram” və "YouTube”da nəzarətsiz məzmunların olduğunu görmüşəm”.

Ekspertlər onlayn platformalara sərt nəzarət tələb edir

Həftənin əvvəlində müstəqil ekspert komissiyası rəqəmsal aləmdə uşaqların və gənclərin daha yaxşı qorunması üçün uzun müddətdir gözlənilən təkliflərini təqdim edib.

Komissiyanın həmsədri Nadin Şön (Nadine Schön) deyib: "Rəqəmsal media demokratik diskursu radikallaşdırır və uşaqların inkişafına təsir edir. Ekran qarşısında keçirilən vaxt artır. Biz həmçinin uşaqlarda tez-tez asılılıq əlamətlərinin yarandığını görürük. Platformalar daha məsuliyyətli olmalı, iştirak imkanını təmin etməklə yanaşı, yaş təsdiqi kimi əlavə qoruyucu tədbirlər görməlidir”.

Komissiyanın 56 tövsiyəsindən əsasları bunlardır:
 
- Platformalar məzmunlarına görə daha çox məsuliyyət daşımalıdır;

- Azyaşlılar üçün təhlükəsiz standart parametrlər və yaşa uyğun təkliflər təqdim edilməlidir;

- Problemli məzmun barədə məlumat vermək üçün sadə və aydın vasitələr olmalıdır;

- Valideynlərin rəqəmsal tərbiyə sahəsində məsuliyyəti qanunla tənzimlənməlidir;

- Yeniyetmələr 12-13 yaşadək məktəbdə smartfondan istifadə etməməlidirlər.

Mühafizəkar Xristian Demokrat İttifaqı (CDU) partiyasından olan təhsil naziri Karin Prien (Karin Prien) Avropa İttifaqının bu məsələ ilə bağlı qərar qəbul etməsini təklif edir.

O deyib: "Sosial mediadan müstəqil istifadə üçün qanuni minimum yaşın 13 müəyyən edilməsi doğru addımdır”. Nazir həmçinin gənclər üçün effektiv yaş təsdiqi və 18 yaşa qədər mərhələli qoruyucu tədbirlərin əhəmiyyətini vurğulayıb.
 

Valideynlərlə uşaqlar arasında əlaqə zəifləyir

Florian Buşman (Florian Buschmann) 13 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsini dəstəkləyir. Yeniyetməlik dövründə o, çox vaxtını kompüter oyunlarına sərf edib. Buşman "Warface” adlı onlayn atıcı oyununu gündə 16 saata qədər oynayırdı və indi özünü "bu virtual dünyanın əsiri” kimi hiss etdiyini deyir.

Rumıniyada tələbə mübadiləsindən sonra itlərlə oynamaq, düşərgələrdə tonqal ətrafında vaxt keçirmək, dırmanma və digər gənclərlə birgə fəaliyyətlər ona media asılılığından xilas olmağın vaxtının çatdığını göstərib.

Buşman "Ade Avatar” adlı bələdçi kitab yazıb. O, başqalarının da onun nümunəsini izləyərək rəqəmsal asılılıqdan qurtula biləcəyini düşünür. Hazırda 25 yaşı olan Buşman "Offline Heroes” təşəbbüsünü idarə edir. Bu proqram çərçivəsində təşkilatçılar Almaniyanın müxtəlif məktəblərində çıxış edirlər. Bu il indiyədək 534 təqdimat keçirilib, son tədbirə isə 1300 narahat valideyn qatılıb.

Avstriyada uşaqlar üçhəftəlik smartfon detoksuna göndərilir

Florian Buşman DW-yə deyib: "Bir çox valideyn uşaqları ilə necə əlaqə quracağını bilmir”. O, valideynlərin mediadan istifadə qaydalarını açıq şəkildə müəyyən etməsinin vacibliyini əlavə edib.

"Siyasi təşəbbüslər gecikib. Biz hazırda sosial medianın arxasınca qaçırıq, lakin artıq növbəti məsələ — süni intellekt və dipfeyklər sürətlə inkişaf edir. Yenidən özümüzdən soruşmalıyıq: addım atıb həqiqətən nəsə etmək üçün nə qədər vaxt sərf etmişik?”

"Bəzi 17 yaşlıların artıq 10 min avro borcu var..."

Andreas Pauli (Andreas Pauli) hər gün ekran asılılığı ilə mübarizə aparır. O, Kölndə yerləşən "Mediensuchtprävention NRW e.V.” təşkilatını idarə edir və media asılılığının qarşısının alınması ilə məşğul olur. Pauli gələcəkdə "internet pilotları” adlandırılan yeniyetmələr üçün təlimlər keçirəcək. Onlar həmyaşıdlarına rəqəmsal mediadan məsuliyyətli istifadə və onun təhlükələri barədə məlumat verəcəklər.

O, DW-yə deyib: "İki artan problemin şahidiyik: pornoqrafiya asılılığı və nəzarətsiz alış-veriş, xərcləmə. Bəzi 17 yaşlıların artıq 10 min avro borcu var. Bu, ödəniş platformalarının məsələyə lazımi diqqət göstərməməsindən irəli gəlir”.

Leni də təşkilata frilanser kimi dəstək verir və təcrübələrini bölüşür. Pauli qeyd edib ki, belə həmyaşıd təsirçilər media asılılığı olan və ya bu risklə üzləşən uşaqlarla daha yaxşı əlaqə qururlar. Onların hazırkı kampaniyası "One Day Off” adlanır və iştirakçılar iyulun 7-də 24 saat telefonsuz qalmağa çağırılırlar.

Pauli əlavə edib: "Hər il dördgünlük sörf düşərgəsi keçiririk. Uşaqlar hər dəfə deyirlər: ‘Media olmadan bu, tam rahatdır, daha az streslidir, insanlarla söhbət edə bilirəm’. İndi gənclərin birlikdə təcrübə toplaya biləcəyi daha çox məkana ehtiyac var. Bir həmkarım deyirdi ki, biz real dünyanı daha cəlbedici etməliyik ki, onlar virtual aləmə qaçmasınlar”.

Tərcümə: Qaynarinfo



Xəbərin oxunma sayı : 274




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap