“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hadrutda 80 əsgərimizi mühasirədən çıxararkən şəhid oldu - FOTOLAR

Tarix 11.10.26, 12:32

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Emin Mahmudovun şəhidlik zirvəsinə ucaldığı gündür.

Emin Pünhan oğlu Mahmudov 1994-cü il iyunun 1-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. O, 2011-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub, 2015-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb.

Quru Qoşunlarında xidmət edən Emin Mahmudov fiziki hazırlığı, peşəkarlığı və şəxsi keyfiyyətləri ilə seçilib. Hərbi xidmət dövründə fəxri fərmanlara və medallara layiq görülüb, əsgərlərinin hörmətini qazanıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ilk günlərdən döyüşlərə qatılan zabit Suqovuşanın azad edilməsində iştirak edib. Daha sonra Cəbrayıl və Füzuli istiqamətlərində, eləcə də Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.

Emin Mahmudovun ən böyük qəhrəmanlıqlarından biri Hadrutda baş verib. O, düşmən mühasirəsində qalan 80 Azərbaycan əsgərinin xilas edilməsində xüsusi rol oynayıb. Özü yaralansa da, döyüş bölgəsini tərk etməyib və hərbçilərimizin mühasirədən çıxarılması zamanı qəhrəmancasına şəhid olub.

Şəhidin atası ilə son danışığı da oktyabrın 11-də, şəhid olduğu gün baş tutub. O, ailəsinə narahat olmamağı, hər şeyin yaxşı olacağını deyib.

Emin Mahmudovdan üç övladı yadigar qalıb. Onun qəhrəmanlığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. Şəhid zabit ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Emin Mahmudovun döyüş yolu Vətənə sədaqətin, zabit şərəfinin və silahdaşlarını xilas etmək naminə canından keçməyin nümunəsidir(Modern.az).

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Xəbərin oxunma sayı : 175




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap