“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Salyanda kişi arvadını döydü - Balıq bişirmədiyinə görə

Tarix 10.10.26, 19:12

Font ölçüsü : - / +
bitmap-img6


Salyanda kişi arvadını döyüb.

Hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

43 yaşlı Şamil Atakişiyev (şərti adla) yaşadıqları evdə arvadı Mənsurəni (şərti adla) şillə zərbəsi ilə vurub. Qadının şikayəti əsasında Şamil barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Ş. Atakişiyevin sözlərinə görə, hadisə olan günü evə gələrkən birgə yeməkləri üçün balıq alıb. Həyat yoldaşına balığı təmizləyib bişirməyini deyib. Lakin Mənsurə ona kobud reaksiya verdiyi üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı arvadının başına bir şillə zərbəsi vurub. O bildirib ki, həmin vaxt arvadının xəstə və qızdırmalı olduğunu bilsəydi, belə etməzdi. Hadisədən sonra qadın ata evinə gedib və geri qayıtmayıb. Şamilin sözlərinə görə, hazırda himayəsində 3 övladı və 80 yaşlı xəstə anası var.

Zərərçəkən qadın da hadisəni ərinin dediyi kimi danışıb. Onun sözlərinə görə, uşaqlarına özü baxa bilər. Mənsurə Atakişiyeva əri ilə barışmadığını deyərək, onun həbs edilməsini istəyib.

Məhkəmənin qərarı ilə Ş. Atakişiyev 500 manat məbləğində inzibati qaydada cərimələnib. (lent.az)



Xəbərin oxunma sayı : 151




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap