“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Kristal” “daxili kredit”i ilə vətəndaşları necə soyur? - FAKTLAR

Tarix 08.10.26, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda mənzil sahibi olmaq istəyənlər üçün ipotekanın şərtləri heç də bütün hallarda eyni deyil. 

AzFakt.com "Yeniavaz"a istinadən xəbər verir ki, dövlət xətti ilə təqdim olunan ipoteka kreditlərində faiz dərəcələri müəyyən çərçivədə saxlanıldığı halda, özəl şirkətlərin “daxili kredit” adı ilə təklif etdiyi mənzil satışlarında alıcının üzərinə düşən maliyyə yükü daha yüksək ola bilir.

Qeyd edək ki, hazırda Azərbaycanda dövlət ipoteka proqramı çərçivəsində güzəştli ipoteka kreditləri illik 4 faiz, adi ipoteka kreditləri isə illik 7-8 faiz dərəcəsi ilə təqdim olunur. Lakin mənzil almağın alternativ yollarından biri olan şirkətlərin “daxili kredit”lə satışlarında faiz və yekun ödəniş məbləği fərqli hesablanır. Bu isə ilkin baxışda bank ipotekasına bənzəyən şərtlərin əslində alıcı üçün daha baha başa gəlməsinə səbəb ola bilər.

Məsələn, ölkənin aparıcı şirkətlərindən biri olan “Kristal” şirkətinin “daxili kredit” adı ilə təklif etdiyi satış şərtləridə mənzil üçün ödəniləcək yekun məbləğ onun ümumi dəyərindən dəfələrlə çox olur.

Hazırda “Kristal” şirkətinin Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən “Park Əcəmi” yaşayış kompleksində satılan 66 kvadrat metr sahəsi olan 2 otaqlı mənzilin ümumi dəyəri 207 min 239 manat təşkil edir. Əgər bu mənzili 30% ilkin ödənişlə (62 172 manat) və 20 il (240 ay) müddətinə “daxili kredit” şərtləri ilə satın alsaq yekunda ödəyəcəyimiz məbləğ 470 min 172 manat olacaq. Göründüyü kimi, “daxili kredit” şərtilə satın alınan mənzil üçün ödənilən məbləğ  dəyərindən təxminən 2,3 dəfə çox olacaq.

Açıklama yok.

Eyni mənzili dövlət tərəfindən verilən ipoteka krediti ilə alsaq, mənzil üçün ödəyəcəyimiz yekun məbləğ 335 min manat olacaq. 

Onu da bildirək ki, eyni göstəricilərə malik mənzilləri qeyd olunan ərazidə daha ucuz qiymətə satın almaq mümkündür. Məsələn, hazırda Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən və yeni tikilən yaşayış binalarında satılan 55-65 kvadrat metr sahələri olan 2 otaqlı mənzillər 150-180 min manata təklif olunurlar.




Xəbərin oxunma sayı : 205




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap