“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sabiq nazir müavini onu son anda bağışladı - Məhkəmə xitam verdi...

Tarix 07.10.26, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Gənclər və İdman Nazirinin sabiq müavini Mariana Vasileva “Xəzri” İdman Klubunun direktoru Əli Kərimovdan xüsusi ittiham qaydasında şikayət edib.

Qaynarinfo xəbər verir ki, məhkəməyə müraciətə səbəb Əli Kərimovun “Facebook” sosial şəbəkəsində Mariana Vasileva ilə bağlı paylaşdığı yazılar olub.

Şikayət ərizəsində bildirilib ki, Əli Kərimov müxtəlif vaxtlarda sabiq nazir müavininin fotoşəkillərini paylaşaraq onun barəsində böhtan və təhqir xarakterli ifadələr işlədib.

Məhkəmə-linqvistik ekspertizasının rəyində də sözügedən paylaşımlardakı bir sıra ifadələrin təhqir məzmunlu olduğu öz təsdiqini tapıb. Həmçinin bəzi məlumatların həqiqiliyi sübuta yetirilmədiyi təqdirdə böhtan xarakterli hesab edilə biləcəyi bildirilib.

Mariana Vasileva Əli Kərimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində ittiham hökmü çıxarılmasını istəyib.

Lakin məhkəmə iclasında tərəflərin barışdığı məlum olub.

Belə ki, Əli Kərimov sosial media hesabında Vasilevadan üzr istəyib. Bundan sonra Mariana Vasileva xüsusi ittihamdan imtina etdiyini bildirərək cinayət təqibinə xitam verilməsini xahiş edib. Əli Kərimov da tərəflər arasında barışıq əldə olunduğunu təsdiqləyib və işə xitam verilməsini istəyib.

Məhkəmə xüsusi ittihamçının cinayət təqibindən imtina etməsini nəzərə alaraq Əli Kərimov barəsində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edib.

Qərarda həmçinin qeyd olunub ki, xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında barışıq əldə edildiyi halda məhkəmə məsrəflərini tərəflərdən birinin və ya hər ikisinin üzərinə qoya bilər.

İş üzrə aparılmış linqvistik ekspertizanın dəyəri 200 manat təşkil edib. Bundan əlavə, Əli Kərimovun müdafiəsi ilə bağlı vəkil tərəfindən sərf edilən 20 saatlıq iş üçün 220 manat vəsaitin dövlət büdcəsindən ödənilməsi qərara alınıb.

Qeyd edək ki, bir müddət əvvəl Sabunçu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Adil Vəliyevin oğlu, Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli də “Xəzri” İdman Klubunun direktoru Əli Kərimovu məhkəməyə vermişdi.
Əli Kərimov tennis federasiyasının fəaliyyəti ilə bağlı tənqidi fikirləri ilə mediada gündəmə gəlmişdi.

Hazırkı iş üzrə isə tərəflərin barışması səbəbindən Əli Kərimovun barəsində cinayət təqibinə xitam verilib.



Xəbərin oxunma sayı : 199




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap