“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan

Tarix 07.10.26, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


“Əlində avtomat olan Azərbaycan əsgəri (Nəsimi Musayev - red.) saxlanma zamanı heç bir müqavimət göstərməyib və başa düşdüyüm qədərilə xəsarət alıb”. 

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

O, saxlanma kadrlarının yayımlanmamasının məhz bununla bağlı olduğunu istisna etməyib. Paşinyan ümumiyyətlə saxlanılma zamanı çəkilişin aparılıb-aparılmadığını deyə bilməyib, lakin bunu dəqiqləşdirib əlavə məlumat verəcəyini vəd edib. Eyni zamanda, Baş nazir hüquq-mühafizə orqanlarından olan həmkarlarından insanların saxlanma kadrlarının yayımlanmasından çəkinmələrini xahiş etdiyini etiraf edib.

“Daim suallar səslənir: erməni, türk, azərbaycanlı. Bunu vurğulamaqda məqsəd nədir? Bu nə verir? Bu hadisənin bizim mətbuatda müşahidə etdiyimiz bütün spekulyasiyalarla heç bir əlaqəsi yoxdur. İş o yerə çatıb ki, insanlar bərqərar olmuş sülhü şübhə altına alırlar, halbuki bu hadisədən əvvəl də şübhə altına alırdılar. Belə insanlar üçün nə baş verdiyinin, bunun niyə və hansı şəraitdə baş verdiyinin əhəmiyyəti yoxdur”, - Paşinyan əlavə edib.

Qeyd edək ki, erməni teleqram kanalları Nəsimi Musayevin Ermənistan ərazisində aşkar edilərkən guya yerli sakinə xəsarət yetirməsini iddia edirdi.



Xəbərin oxunma sayı : 214




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap