“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərişıq” cənub regionunda fasiləsiz çalışır - VİDEO

Tarix 10.10.26, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Cənub regionunda müşahidə olunan güclü külək, intensiv yağış və dolu yağması, xüsusilə Masallı və Lənkəranın  kənd və qəsəbələrində, qismən də Lerik və Yardımlının bir neçə yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.

AzFakt.com xəbər verir ki, buna səbəb güclü küləyin elektrik dayaqlarını aşırması, həmçinin ağacların qırılaraq yüksək gərginlikli xətlərin üzərinə düşməsi və nəticədə qəzaların yaranmasıdır.

Leysan xarakterli intensiv yağışların və dolunun yağması yollarda nəqliyyatın hərəkətini olduqca çətinləşdirir. Üstəlik aşan ağacları kəsib götürmək və qəzalı vəziyyətə düşmüş dayaqları ərazidən kənarlaşdırmaq “Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır.

Qeyri-sabit hava şəraitində bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.




Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap