“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mustafayev mənimsədiyi 12 milyonu neynəyib? - Oğlu əmlakları barədə ifadə verdi

Tarix 07.10.26, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsində şahidlər ifadə veriblər.

AzFakt.com-un "Report"a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verənlərdən biri də İlqar Mustafayevin oğlu Əziz Mustafayev olub.

Şahid deyib ki, ibtidai istintaq zamanı ona iş yeri və əmlakları barədə suallar verilib: "Prokurorluğun əmlaklarımızı dəyərləndirdiyi qiymətlərlə, onların real qiymətləri arasında fərqlər var. İbtidai istintaqda adı keçən Ağ şəhərdə olan əmlak tək bizim deyil, atamın əmisi oğlu ilə birgə alınıb. Pirallahı rayonunun Gürgən qəsəbəsində olan yaşayış evi də daha öncədən alınıb, müqavilələri var. Mənim adıma sənədləşdirilib. Şüvəlandakı torpaq sahəsi təxmini 17 il əvvəl alınıb. Dübəndidə bağ sahəsi və yaşayış evini babam alıb".

Dövlət ittihamçısı ona Səbail rayonunda İlqar Mustafayevin həyat yoldaşının adına 180 kvadratmetr sahəsi olan yaşayış evi, eləcə də digər əmlaklar barədə suallar verib.

Şahid Əziz Mustafayev yalnız öz adına olan əmlaklar barədə suallara cavab verəcəyini söyləyib.

Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, ibtidai istintaqa ifadə verərkən Bakıda anasına məxsus bir neçə mülkün də adını çəkib.

Prosesdə ifadə verən şahidlərdən biri də 2019-cu ildən Dənizkənarı Bulvar İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışmış və hazırda idarə heyətinin sədrinin müşaviri vəzifəsində işləyən İlqar Sadıqov olub.

O deyib ki, rəhbərlik dəyişəndən sonra idarənin strukturunda da müəyyən dəyişikliklər edilib: "Bizim fəaliyyətimiz sənədlərlə və müqavilələrlə olub. Əməkhaqları işçilərin kartlarına ödənilib. Pulu qəbul edib sənədlə bank hesabına köçürmüşük".

Vəkil İsmayıl Kəngərli ondan istintaqda adları keçən Vüqar Abbasovla Elyar Əliyevi tanıyıb- tanımadığını soruşub.

Şahid onları tanıdığını və sözügedən şəxslərdən pulu götürüb banka yerləşdirdiklərini deyib.

Şahid İlqar Sadıqov əlavə edib ki, onlara nağd formada hər hansı bir vəsait təqdim olunmayıb: "Bizim maliyyə şöbəsində kassir ştatı olmayıb. Yığılan pulları mühasib götürüb sənədlə bank hesabına mədaxil edib. Pul gəldikdən sonra qaydaya əsasən banka qoyulmalı idi".

İlqar Sadıqov sualları cavablandırarkən deyib ki, bəzi icarə müqavilələri ilə bağlı hər hansı bir vəsait daxil olmayıb, lakin idarənin adına sözügedən icarə haqları ilə bağlı hazırda vergi borcu var: "Biz Dövlət Vergi Xidmətinə məktubla bildirmişik ki, bu vəsaitlər bizə daxil olmayıb".

Vəkil İsmayıl Kəngərli bununla bağlı niyə məhkəməyə müraciət edilmədiyini soruşub.

Şahid cavabında bunun Maliyyə şöbəsinin işi olmadığını söyləyib.

Növbəti iclas oktybarın 14-nə təyin edilib.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.



Xəbərin oxunma sayı : 178




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap