“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda orta ömür 77 ili ötüb - Səhiyyə Nazirliyinin rəsmisi

Tarix 10.10.26, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda orta ömür 77 ili ötüb - Səhiyyə Nazirliyinin rəsmisi
Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb.

AzFakt.com "Report"a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Dünya Ağciyər Sağlamlıq Gününə həsr olunan beynəlxalq elmi praktiki konfransda deyib.

"Son illərin tibbi-bioloji mənzərəsinə nəzər salsaq, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görürük. Həmçinin, onunla yanaşı digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, ortalama ömür uzunluğu son illərdə ortalama dünya səviyyəsində 73 ili, Azərbaycanda isə bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla yanaşı, biz düşünməliyik ki, qazandığımız qalan ömür illərini nə dərəcədə sağlam yaşamışıq", - bildirilib.

O qeyd edib ki, 2023-cü ilin statistikasına görə, dünyada ümumi ölümlərin təqribən 74%-i qeyri-yoluxucu xəstəliklərin payına düşür:

"Yəni hər dörd ölümdən üçü qeyri-infeksion xəstəliklərin payına düşür. Ölkəmizdə də qeyri-infeksion xəstəliklərin payı artmaqdadır".



Xəbərin oxunma sayı : 196




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap