“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu - Dələduzluğa görə

Tarix 07.10.26, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Mingəçevirdə repetitorluqla məşğul olan qadın müəllim dələduzluğa görə həbs edilib.

AzFakt.com Oxu.Az-a istinadən xəbər verir ki, Mingəçevir şəhərində fizika müəllimi işləyən Sevinc Məmmədova (soyad şərtidir - red.) şagirdi Raul Ələkbərlini fizika fənnindən universitetə hazırlaşdırıb.

O, Raulun anası Kəmalə Ələkbərovanın imkanlı biri olduğunu bilib və onun pullarını ələ keçirmək qərarı verib. 

Qadın müəllim bu məqsədlə Kəmalə Ələkbərli ilə danışaraq, guya qardaşının qızıl alverinə şərik axtarmasını deyib. O bildirib ki, qardaşı Azərlə qızıl alveri edərsə, yaxşı pul qazanacaq.

O, bu məqsədlə Kəmalədən 20 min və 45 min manat olmaqla ümumilikdə 65 min manat alıb. Hadisədən xeyli vaxt keçsə də, Sevinc nə pulu qaytarıb, nə də Kəmaləni qızıl alverinə cəlb edib.

Zərərçəkmiş məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qadın müəllim saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Sevinc Məmmədova 5 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.



Xəbərin oxunma sayı : 172




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap