“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın

Tarix 09.10.26, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


Nyu-York meri Zohran Mamdani ABŞ Prezidenti Donald Trampdan İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) şəhərdə keçirdiyi əməliyyatların dayandırılmasını tələb edəcəyini açıqlayıb.

Bu barədə Mamdani "X” sosial şəbəkəsində paylaşım edib.

"Prezidentlə danışanda ondan ICE-nin şəhərimizdəki bütün hüquq-mühafizə fəaliyyətinə son qoymasını tələb edəcəyəm. ICE əməkdaşlarının sakinlərimizi terror etməsinə dözməyəcəyəm”, – mer bildirib.

Açıqlama Nyu-Yorkun Bronks rayonunda ICE əməkdaşlarının atəş açması ilə bağlı insidentdən sonra verilib.

Mamdaninin sözlərinə görə, hadisə nəticəsində Nyu-York sakinlərindən biri yaralanıb. İlkin məlumatlara əsasən, ICE əməkdaşları həmin şəxsin və avtomobildə onunla birlikdə olan beş yaşlı uşağın ətrafını mühasirəyə alaraq bir neçə dəfə atəş açıblar.

Mer bildirib ki, uşağın fiziki xəsarət almadığı ehtimal edilir.

"ICE-ni məhəllələrimizdən, xəstəxanalarımızdan, küçələrimizdən və uşaqlarımızdan uzaqlaşdırın. ICE-ni ləğv edin”, – Mamdani çağırış edib.
 



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap