Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda pomidor niyə baha satılır? – FOTOLAR

Tarix 15.06.22, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, ötən illərlə müqayisədə bu il daxili bazarda pomidor baha qiymətə satılır.

Yeniavaz.com xəbər verir ki, hazırda marketlərdə pomidorun qiyməti 2-3 manat arasında dəyişir. Ötən ilin iyun ayında isə pomidorun qiyməti bundan təxminən 2 dəfə ucuz olub. Pomidorun qiymətinin baha olmasının səbəblərindən biri də ötən illə müqayisdə bu il ixracın kəskin artmasıdır.Bu ilin ilk 4 ayında Azərbaycandan Rusiyaya 46 min 314,4 ton pomidor ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35% və ya 11,9 min ton çoxdur.

Onu da qeyd edək ki, hazırda Rusiyada Azərbaycan pomidoru olduqca yüksək qiymətə satılır. Bu səbəbdən də yerli istehsalçılar pomidoru daxili bazarda satmaqdansa, Rusiyaya ixrac etməyi üstün tuturlar. Moskvadakı supermarketlərdə Bakı pomidorunun kiloqramı 299 rubla satılır. Rusiya Mərkəzi Bankının açıqladığı rəsmi məzənnə (1 dollar/57 rubl) ilə hesablandığı zaman bu qiymət 5,2 dollara (9 manat) bərabər olur.

Maraqlıdır ki, Rusiyada 9 manata satılan Azərbaycan pomidorunun gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Ötən ilin ilk 4 ayında olduğu kimi bu ilin ilk 4 ayında da ixrac edilən pomidorun 1 kiloqramının gömrük dəyəri 1,2 dollar (2 manat) göstərilir.

Onu da bildirək ki, hazırda digər qonşu ölkə Türkiyədə pomidorun 1 kiloqramı 11 lirəyə (1,1 manata) satılır.
 










Xəbərin oxunma sayı : 1315




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap