“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycan futbolunda əcnəbi limiti ləğv edildi - AFFA qərar qəbul etdi

Tarix 03.02.25, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi qərara alınıb.

AzFakt.com xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsində qərar çıxarılıb.

İclasda Misli Premyer Liqasında legioner limitinin ləğvi məsələsi müzakirə olunub. Nəticədə 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb.

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi oyunçu ola bilər. Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Digər qərarla 2025/2026 mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.



Xəbərin oxunma sayı : 1858




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap