“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yeni Yasamalda narazılıq - Yaşıllıq və uşaq meydançasının yerində tikinti aparılır - VİDEO

Tarix 13.11.26, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində yaşayan sakinlər həyətyanı sahənin zəbt olunması və tikinti işlərinə hazırlıq görülməsindən narazıdır. 

Bizimesr.info xəbər verir ki, narazılıq Yeni Yasamal massivi, Əsəd Əhmədov küçəsi, 26 ünvanında yerləşən yaşayış binasının həyətində yaşanır. Sakinlərin sözlərinə görə, uzun illərdir bina sakinlərinin istifadəsində olan yaşıllıq sahəsi və uşaqların oyun meydançası naməlum şəxslərə satılıb. Ərazidə qazıntı işlərinə start verilib və hazırda ərazi tikinti aparılması üçün hazırlanır.

Bu vəziyyət bina sakinlərinin ciddi etirazına səbəb olub. Onlar hesab edirlər ki, yaşayış binasının həyətindəki yeganə yaşıllıq zonasının və uşaqlar üçün nəzərdə tutulan meydançanın tikintiyə qurban verilməsi sakinlərin yaşayış şəraitinə və istirahət hüququna birbaşa mənfi təsir göstərir. 

Vətəndaşlar problemin həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova rəsmi müraciət ünvanlasalar da, iddialarına görə, müraciətləri cavabsız qalıb.

Qeyd edək ki, son dövrlər Yasamal rayonu ərazisində məhəllədaxili problemlərlə bağlı sakinlərin şikayətləri mətbuatın gündəmindən düşmür. Vətəndaşların iddialarına və rəsmi müraciətlərinə rayon rəhbərliyi tərəfindən münasibət bildirilməməsi isə narazılığı daha da artırır. 




Xəbərin oxunma sayı : 412




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap