“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda 100 məktəblə bağlı yeni qərar - Nələr nəzərdə tutulub?

Tarix 13.11.26, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


"2027-ci ildə əlavə olaraq 100 məktəbin adambaşı maliyyələşmə mexanizminə keçidi üçün 223.8 milyon manat vəsait nəzərdə tutulub".

AzFakt.com xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O xatırladıb ki, bu rəqəm hazırda 500-dür:

"Valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində biz artıq 8 min uşağı cəlb etmişik. Gələn il isə 12 min uşağı özəl sektorun inkişafı ilə məktəbəqədər təhsilə cəlb etməyi planlaşdırırıq. Bu mexanizm nəticəsində dövlət hər bir uşaq üçün özəl məktəbəqədər təhsil müəssisəsindəki təhsil haqqının 70 faizini ödəyir. Növbəti il bu təşəbbüs üçün 37.5 milyon manat nəzərdə tutulub. 2030-cu ilə qədər layihənin 30 min uşağı əhatə etməsini planlaşdırırıq. Burada ayrılan vəsaitin böyük hissəsi dolayı olaraq yenidən dövlətə qayıdır. Əgər bu islahatı tam olaraq yerinə yetirsək, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə Dövlət Vergi Xidmətinə vergi gəliri olaraq qayıdacaq".



Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap