“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Trampın 400 milyonluq layihəsinin tikintisi dayandırıldı - Məhkəmə tərəfindən

Tarix 07.08.26, 23:09

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Federal Apellyasiya Məhkəməsi Donald Tramp administrasiyasının Ağ Evdə 400 milyon dollar dəyərindəki qalmaqallı bal zalı tikintisini dayandırması barədə qərar çıxarıb.

“Qafqazinfo” “The New York Times” nəşrinə istinadən xəbər verir ki, layihənin gələcək taleyini artıq ABŞ Ali Məhkəməsi həll edəcək.

Nəşrin məlumatına görə, məhkəmə aşağı instansiyanın qərarını qüvvədə saxlayaraq bildirib ki, heç bir qanun və ya normativ akt Konqresin icazəsi olmadan Prezidentə Ağ Evin hissələrini sökmək və yenidən tikmək səlahiyyəti vermir.

Bununla belə, qərarın dərhal icrasına başlanılmayacağı qeyd olunur. Məhkəmə Tramp administrasiyasına şikayət vermək imkanı yaratmaq üçün öz qərarının qüvvəyə minməsini iki həftəlik saxlayıb.

Məlumat üçün bildirək ki, keçən il Ağ Evin Şərq qanadı Konqresin təsdiqi olmadan sökülüb. Trampın Amerika xalqına “hədiyyə” adlandırdığı yeni bal zalının təxminən 8,3 min kvadratmetr ərazini əhatə edəcəyi və ölçüsünə görə Ağ Evin əsas binasından iki dəfə böyük olacağı planlaşdırılırdı. Tarixi binanın sökülməsi ölkədə kəskin etirazlara səbəb olub və Tarixi İrsin Qorunması üzrə Milli Fond məsələ ilə bağlı məhkəməyə müraciət edib.

Qeyd edək ki, Tramp zalın büdcə vəsaitləri cəlb olunmadan tikiləcəyini iddia etsə də, iyun ayında administrasiyanın Məxfilik Xidmətinin büdcəsindən təhlükəsizlik sistemlərinin modernləşdirilməsi adı altında layihəyə 350 milyon dollar ayırdığı ortaya çıxmışdı.



Xəbərin oxunma sayı : 349




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap