“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı - Cinayət işi açıldı

Tarix 07.08.26, 21:43

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhər sakini 33 yaşlı Adil Rzayevin bu ilin 23 mart tarixində - keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra vəfat etməsi ilə bağlı cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.

Belə ki, mərhumun yaxınları bir müddət əvvəl Baş prokuror Kamran Əliyevin qəbulunda olublar. Bundan sonra işin daha ətraflı araşdırılmasına zərurətin olduğu bildirilib və cinayət işinin başlanması barədə qərar çıxarılıb.

Xatırladaq ki, bu ilin aprelində Adil Rzayevin atası Ərəstun Rzayev saytımıza müraciət edərək övladının həkim səhlənkarlığının qurbanı olmasını bildirmişdi. O, oğlunun Respublika Diaqnostika Mərkəzində həkim-cərrah İlqar İsmayılov tərəfindən əməliyyat edildiyini, lakin əməliyyatın düzgün icra edilmədiyini bildirmiş və həkimin məsuliyyətə cəlb edilməsini tələb etmişdi.



Xəbərin oxunma sayı : 355




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap