“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

AQTA “Bığ“da nöqsanlar aşkarlayıb - FOTO

Tarix 30.11.23, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


Kürdəmir rayonunun Karrar kəndində fiziki şəxs Qəniyev Sadiq Seyyat oğluna məxsus “Bığ” restoranında Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları tərəfindən təkrar yoxlama aparılıb.

AzFakt.com xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı qida obyektində ilkin yoxlamada aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı məlum olub.

İctimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, restoranın sanitar-texniki və sanitar-gigiyenik vəziyyətlə bağlı nöqsanlar aradan qaldırılmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Belə ki, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, süd və süd məhsullarının minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, həmçinin aşkar edilmiş nöqsanların qısa zaman ərzində aradan qaldırılması barədə icrası zəruri göstərişlər verilib və qida obyektinin fəaliyyəti nəzarətə götürülüb.




Xəbərin oxunma sayı : 1051




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap