“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Sabah” 9 milyon avro qazanıb - “Qarabağ”a çata biləcəkmi?

Tarix 12.08.26, 10:19

Font ölçüsü : - / +
bitmap-img6


Dünən Danimarka çempionunu 4:0 hesabı ilə məğlub edən “Sabah” klubu Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla, artıq UEFA-dan 9 milyona avroya yaxın (18,97 milyon) mükafat fondu əldə edib. Danimarka klubu üzərində qələbə "Sabah"a təxminən 5 milyon avro qazandırıb.

AzFakt.com xəbər verir ki, komanda bu göstərici ilə keçən mövsüm Çempionlar Liqasında 36 milyon avro qazanmış “Qarabağ”dan hələlik 4 dəfə geri qalır. Lakin “Sabah”ın “Qarabağ”ın uğurlarını təkrarlaması, hətta daha artığına nail olması üçün vaxtı və şansı var.

“Sabah” pley-offda İsrailin "Hapoel" komandasına uduzsa və sonradan Avropa Liqasının əsas mərhələsində bir xal da qazana bilməsə belə, yenə də yuxarıda qeyd etdiyimiz 9 milyon avronu artıq təmin edib.

“Sabah” “Hapoel”i məğlub edərsə, onun minimum qazancı 20 milyon avroya qədər artacaq. Çempionlar Liqasının əsas mərhələsinə çıxdığı üçün klub 18,62 milyon avro alacaq. Üstəlik, digər bonuslar da əlavə olunmaqla, məbləğ 20 milyona çatacaq. Klub son 36-cı yerdə qərarlaşıb bir xal da qazana bilməsə, yenə əlavə 275.000 avro alacaq. Həmçinin, komanda yayım bazarı ilə bağlı ödənişlərdən ən azı 1,28 milyon avro qazanacaq. Ümid edək ki, komandamız pleyy-offu keçəcək və onun əsas mərhələdə tutduğu yer daha yüksək olacaq.



Xəbərin oxunma sayı : 172




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap