“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Maşın alarkən bu tələyə düşməyin - Açıqlama

Tarix 12.08.26, 9:17

Font ölçüsü : - / +
bitmap-img6


İkinci əl avtomobil bazarında alıcıların qarşılaşdığı əsas problemlərdən biri avtomobilin yürüş göstəricisinin dəyişdirilməsi, yəni kilometrajın geri çəkilməsidir. Avtomobilin real yürüşünün gizlədilməsi nəqliyyat vasitəsinin texniki vəziyyəti və dəyəri barədə alıcının yanlış qərar verməsinə səbəb ola bilər. Nəticədə alıcı avtomobilin real vəziyyətini bilmədən daha yüksək məbləğ ödəyə və sonradan əlavə təmir xərcləri ilə üzləşə bilər.

Bəs avtomobilin yürüş göstəricisinin geri çəkilməsinin qarşısını almaq üçün hansı nəzarət mexanizmləri tətbiq olunmalıdır? Alıcı avtomobilin real yürüşünü necə yoxlaya bilər və bu məlumatın rəsmi şəkildə təsdiqlənməsi üçün vahid elektron sistemin yaradılması mümkündürmü?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, xaricdən gətirilən avtomobillərin real yürüşünü və tam tarixçəsini öyrənmək alıcılar üçün kifayət qədər çətin məsələdir.

Onun sözlərinə görə, xüsusilə ikinci əl avtomobillərdə yürüş göstəricisinin dəyişdirilməsi halları alıcının avtomobilin real vəziyyəti barədə yanlış təsəvvür formalaşdırmasına səbəb ola bilər:

“Hazırda avtomobilin ban nömrəsini, yəni VIN kodunu müxtəlif elektron platformalarda yoxlamaqla onun qəza keçirib-keçirmədiyi, hansı ölkədə qeydiyyatda olduğu, bəzi texniki göstəriciləri və texniki xidmət tarixçəsi ilə bağlı müəyyən məlumatlar əldə etmək mümkündür. Lakin bu məlumatlar hər zaman tam və əhatəli olmur. Avtomobilin əvvəlki sahibinin hansı servisdə texniki xidmət göstərməsi, yürüş göstəricisinin hansı mərhələdə dəyişdirilməsi və ya ölkələr arasında daşınma zamanı hansı müdaxilələrin edilməsi barədə məlumat bazalarda əks olunmaya bilər.

Nəticədə alıcı avtomobili aşağı yürüşlü və yaxşı vəziyyətdə hesab edərək daha yüksək məbləğ ödəyə, sonradan isə avtomobilin əslində daha çox istifadə edildiyini və ya ciddi texniki problemlərinin olduğunu aşkar edə bilər. Bu baxımdan xaricdən gətirilən avtomobillərin satışından əvvəl onların yürüş göstəricilərinin və tarixçəsinin daha şəffaf şəkildə yoxlanılması, alıcıya təqdim olunan məlumatların vahid elektron bazada toplanması və yürüşün saxtalaşdırılmasına qarşı daha effektiv mexanizmlərin tətbiqi vacibdir”, – deyə ekspert fikrini tamamlayıb.



Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap