“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ərdoğan Boluda göz yaşlarını saxlaya bilmədi - VİDEO

Tarix 22.01.25, 18:33

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boluda baş verən yanğında 8 üzvünü itirən həkim Enes Gültekinin ailəsini ziyarət edib.

Ərdoğan vəkil Yüksel Gültekin, qayınatası, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bolu üzrə keçmiş deputatı Mehmet Güner, partiyanın Qurucu İdarə Heyətinin üzvü Habibe Güner və ailənin digər üzvlərinə başsağlığı verib

Gültəkin ailəsi üçün təşkil edilən dəfn mərasimində iştirak edən Ərdoğan göz yaşlarını saxlaya bilməyib.

Cənazə namazından sonra çıxış edən Ərdoğan baş verən dəhşəti hadisə ilə bağlı bunları deyib:"Hal-hazırda bir fəlakətə məruz qalaraq əbədiyyətə yola saldığımız 8 qardaşımıza Allahdan rəhmət diləyirik. Məqamları uca olsun. Ailə olaraq uzun illər dost-qardaş idik. Təbii ki, bu gün buradayıq. Allah bizi cənnətdə bir yerə toplasın ailəmizə və millətimizə səbrin sonu əmin-amanlıq və zəfərdir ümidi ilə ruhlarına fatihəmizi göndərək. Ümid edirəm ki, o, cənnətdədir”.

Xatırladaq ki, dünən gecə saatlarından başlayaraq Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında 76 nəfər həyatını itirib. Yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.







Xəbərin oxunma sayı : 1279




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap