“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

SOCAR-da QOÇU peyda olub: İşçini basıb döyür...

Tarix 20.11.26, 8:50

Font ölçüsü : - / +
bitmap-img6


"Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu maddə 7.13. Vətəndaşların müraciətlərini aidiyyatı üzrə baxılmaq üçün qanuna zidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır..."

Bunu özünün sosial şəbəkə hesabında yazan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı daha sonra sıravi neftçiyə qarşı törədilmiş bir özbaşınalıq faktını ictimailəşdirib.
"Cəzasızlar!" deyə etirazını bildirən NHMT sədri daha sonra işçinin başına gələnləri belə nəql edir:
"SOCAR Nəqliyyat idarəsinin 2 saylı Nəqliyyat Departamentində sürücü işləyən Sadiq Babayev 25.08.2026-ci il tarixində başqa iki iş yoldaşı ilə birlikdə 2 saylı Texnoloji Nəqliyyat Departamentinin (TND) direktoru R.Əhmədovun qəbulunda olan zaman, işlə əlaqədar mübahisə zəminində Əhmədov Rövşən tərəfindən fiziki zorakılığa məruz qaldığını, döyüldüyünü bildirir. İşçi özü bu barədə bildirir:
Belə ki, İPhone telefonun başıma atdı başımdan xəsarət aldım, 2 dənə yumruqla sağ çiynimdən vurdu, aşağı pilləkənin ayağında idarənin girişində yuxarıdan başıma vurdu, həmin hadisəni çöldə 3 kamera çəkib. 102-yə zəng etdim, polis gəldi, Nizami rayon 23 -cü polis bölməsinə getdim, şikayət yazdım...
Araşdırma zamanı R.Əhmədovun xeyrinə yalan ifadə verən (altı) işçi də tapıldı. Rəhbərlik tərəfindən göndərdiyim şikayət ərizəsinə SOCAR-ın RƏHBƏRLİYİ tərəfindən yox, nəqliyyatın baş idarəsindən cavab gəldi ki sizinlə bağlı 23-cü polis bölməsində haqqınızda 510 maddəyə əsasən xırda xuliqanlıq işi açılıb... Xəsarət alan mən, cəzalandırılan da mən? Əhmədov Rövşənin inzibati işi isə bağlanıb!

Bu günə kimi də Cənab Ali baş komandandan tutmuş Dövlət Əmək Müfəttişliyi Xidmətinə kimi şikayət etmişəm. Lakin bu şəxs rəhbər olduğu üçün öz gücündən istifadə edib, işçisini əzib hüquqlarını tapdalayıb keçir, üzümə adam durğuzur, yalançı şahid deyir ki guya mən onu vurmuşam. Masanı da vurub qırmışam. Mən hər yerdə - izahatımda da idarədə olan kameraların araşdırılmağını tələb etsəm də, məhəl qoyan olmadı.O şəxs mənə idarənin girişində pilləkənlərin ayağında da yumruq zərbələri vurub, lakin bunu araşdırmadılar... işi inzibati məsələ kimi bağlamaq üçün özləri necə istədilər elə də düz-qoş etdilər. Mənim xəsarətlərim idarənin kameralarında öz əksini tapır İnanın Allaha and içirəm... Adamın adamı olmayanda əzərlər? Mənim valideynim... əmim gedib belələrinə görə Vətən uğrunda canından keçib ki onun övladları bu gün cəmiyyət içində vurula, alçaldılma, əzilə?"



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap