“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dünya üç yerə bölünəcək: bu dövlətlər birləşəcək - Sensasion ssenari

Tarix 20.11.26, 8:21

Font ölçüsü : - / +
bitmap-img6


Dünya Rusiya, ABŞ və Çin arasında təsir dairələrinə bölünmə təhlükəsi ilə üzləşir. Bu proses fonunda kiçik dövlətlərin öz müstəqilliklərini və təhlükəsizliklərini qorumaq üçün birləşməli olacağı bildirilir.

Bu barədə "The Economist” jurnalında dərc olunan məqalədə qeyd olunub.

Belə ki, Rusiya-Ukrayna müharibəsi, Çin-Tayvan gərginliyi, eləcə də Donald Tramp administrasiyasının beynəlxalq təşkilatlardan geri çəkilməsi və mövcud dünya qaydalarını pozan siyasəti qlobal sistemdə ciddi dəyişikliklərə səbəb olur.

Nəşr mümkün iki ssenarini nəzərdən keçirir. Birinci ssenariyə görə, beynəlxalq institutlar fəaliyyətlərini davam etdirəcək, lakin onların təsir gücü və effektivliyi azalacaq. İkinci ssenaridə isə böyük dövlətlər digər ölkələrə öz şərtlərini açıq şəkildə diktə etməyə başlayacaq.

Məqalədə vurğulanır ki, Kanada və Avropa ölkələri Moskva, Vaşinqton və Pekindən həddindən artıq asılılığın qarşısını almaq üçün orta güclər arasında əməkdaşlığı və ittifaqları gücləndirməyə çalışırlar.

"The Economist” yeni "Yalta” formatının yaranmasının da mümkün olduğunu qeyd edir. Belə bir razılaşma Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında dünyanın təsir dairələrinə bölünməsini nəzərdə tuta bilər.

Nəşrin qiymətləndirməsinə görə, bu cür geosiyasi razılaşma Ukrayna üçün məcburi təslimiyyət anlamına gələ bilər.




Xəbərin oxunma sayı : 220




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap