“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Milyonluq borc mübahisəsi: “TVM İnşaat“ın hesabları donduruldu

Tarix 20.11.26, 17:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Kommersiya Məhkəməsi “Polimart” MMC-nin “TVM İnşaat” MMC-yə qarşı müvəqqəti təminat tədbiri barədə ərizəsini qismən təmin edib.

Qaynarinfo-nun məlumatına görə, hakim Pərviz Zamanlının çıxardığı qərardadla cavabdeh şirkətin bank hesablarına 895 min 801 manat 21 qəpik məbləğində həbs qoyulub.

Məhkəməyə müraciət edən “Polimart” MMC cavabdeh şirkətin “28 May” filialında yerləşən bank hesabına və digər banklardakı hesablarına iddia tələbi həcmində həbs qoyulmasını istəyib.

İş materiallarından görünür ki, tərəflər arasında 2023-cü ildə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, “Polimart” MMC sifariş edilən malları “TVM İnşaat” MMC-yə təhvil verməli, sonuncu isə onların dəyərini elektron qaimə əsasında 30 gündən gec olmayaraq ödəməli olub.

Sənədlərə əsasən, tərəflər arasında malların təhvil-təsliminə dair aktlar imzalanıb. Həmin aktlarda malların adı, növü və miqdarı göstərilsə də, ümumi dəyəri qeyd edilməyib. Bununla yanaşı, “Polimart” MMC tərəfindən cavabdehə ümumilikdə 4 milyon 397 min 413 manat 6 qəpik dəyərində elektron qaimələr göndərilib.

Məhkəmə müqaviləni, təhvil-təslim aktlarını və elektron qaimələri araşdıraraq iddia tələbinin ilkin əsaslılığına dair sübutların mövcud olduğu qənaətinə gəlib. Hakim hesab edib ki, cavabdehin bank hesablarındakı vəsaiti xərcləməsi gələcəkdə məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bilər.

Qərardada əsasən, “TVM İnşaat” MMC-nin “28 May” filialındakı bank hesabında kifayət qədər vəsait olmadıqda, digər banklardakı hesablarına da həbs tətbiq ediləcək. Bununla belə, işçilərin əməkhaqlarının, vergilərin, sosial və digər məcburi dövlət ödənişlərinin həyata keçirilməsinə məhdudiyyət qoyulmayacaq.

Məhkəmə müvəqqəti təminat tədbirinin bir ay müddətinə tətbiq edilməsinə qərar verib. Qərardad dərhal icra olunmalıdır. Ərizə qalan hissədə təmin edilməyib.



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap