“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qarakənd faciəsindən 35 il ötür

Tarix 20.11.26, 0:07

Font ölçüsü : - / +
bitmap-img6


Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin, dövlət xadimlərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının bu gün növbəti ildönümüdür - faciədən 35 il ötür.

AzFakt.com xatırladır ki, 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub.

Həlak olanların siyahısı:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi,

İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror,

Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri,

Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini,

Vaqif Cəfər oğlu Cəfərov – deputat,

Vəli Hüseyn oğlu Məmmədov – deputat,

Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri,

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini,

İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru,

Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi,

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi,

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı,

Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini,

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru,

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant,

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi,

Alı Mustafa oğlu Mustafayev – telejurnalist,

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı,

Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator,

Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri,

Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü,

Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib.

Ermənilər tərəfindən terror aktının törədildiyi Qarakənd kəndi 2023-cü ildə düşmən tapdağından azad edilib.



Xəbərin oxunma sayı : 184




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap